Ali dövlət təltifləri ilə yanaşı, onun adının qarşısında daha çox “əfsanəvi adam”, “şanslı kocmonavt” ifadələri işlədilib. Aleksey Leonov dünya kosmonavtika tarixində ilklərə imza atmaqla bərabər, həm də maraqlı, ən çətin anlarda belə nikbin ruhda olmağı bacaran, güclü yumor hissinə malik bir şəxs kimi yadda qalıb.
1934-cü ildə Kemerovo vilayətində, Listvyanka kəndində dünyaya göz açan Aleksey Leonov ailənin səkkizinci uşağı olub. 1937-ci ildə kolxoz sədri ilə mübahisəsinə görə atası repressiyaya məruz qalıb, iki illik sürgündən sonra bəraət alıb. Evləri, mülkləri əllərindən alındıqdan sonra Leonovlar ailəsi Kalininqrada köçüblər.
Aleksey Leonov məktəb illərindən rəssamlığa həvəs göstərib. Məktəbdə divar qəzetlərinin tərtibatı ona həvalə edilib və gələcəyin kosmonavtı məktəbi bitirdikdən sonra Riqa İncəsənət Akademiyasında təhsil almağı arzulayıb. Amma maddi imkanlar ona bu təhsil ocağında oxumağa imkan verməyib.
Orta məktəbin sonuncu sinfində oxuyanda Ukraynanın Krmençuq şəhərində avisiya məktəbinə seçim aparılanda Aleksey Leonov da komsomol xətti ilə namizədlər siyahısına düşüb və həmin məktəbdə təhsil alıb. Daha sonra o, təhsilini Çuquyev ali hərbi aviasiya məktəbində davam etdirib.
Aleksey Leonov ilk hərbi xidmətinə Kiyev hərbi dairəsində aviasiya diviziyasında başlayıb. Daha sonra o, Almaniyadakı sovet qoşunlarının 24-cü hava ordusunda xidmət edib.
Yüksək göstəriciləri nəzərə alınaraq Aleksey Leonov 1960-cı ildə sovet kocmonavtları dəstəsinə qəbul edilib və bu dəstədə olarkən o, eyni zamanda Jukovski adına hərbi akademiyada da təhsil alıb.
18 mart 1965-ci ildə “Vosxod-2” gəmisi ilə ilk dəfə kosmosa uçan Aleksey Leonov 1 sutka 2 saat 2 dəqiqə orbitdə olaraq, həm də dünya kosmonavtika tarixində bir ilkə imza atıb. O, açıq kosmosa çıxan ilk kosmonavt olub. Leonov 12 dəqiqə 9 saniyə açıq kosmosda qalıb.
Aleksey Leonov öz adını ikinci dəfə kosmonavtika tarixinə 15 iyul 1975-ci ildə ABŞ və SSRİ-nin birgə layihəsi zamanı həkk edib. “Apollon” və “Soyuz-19” gəmiləri kosmosda “görüşəndə” sovet kosmik gəmisinin komandiri məhz Aleksey Leonov olub. Bu hadisə dünya ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanıb. Maraqlı məqamlardan biri isə Aleksey Leonovun kosmosda amerikalı həmkarını rus arağına dəvət etməsi olub. Belə ki, sovet kosmonavtı üstünə “Moskovskaya vodka” yazılmış tyubiki ABŞ kosmonavtına verib. Əslində isə tyubikdə araq yox, borş olub. Bu zarafat bir çox amerikalıların xoşuna gəlməsə də, SSRİ-dən ABŞ-a araq ixrac edən amerikalı iş adamı Armand Xammer sovet istehsalçılarından ixrac edilən arağın dəyişdirilməsini xahiş edib. Əvvəllər “Stoliçnaya” arağı ixrac edən biznesmen bütün dünyanın izlədiyi “göy”dəki hadisədən sonra “Moskovskaya” arağı ilə ticarətinin daha uğurlu olacağını düşünüb.
Aleksey Leonov bütün həyatı boyu üç dəfə real ölüm təhlükəsi ilə üz-üzə qalıb. Birinci dəfə 1965-ci ildə açıq kosmosa çıxanda kosmonavtın skafandrına artıq hava çəkisi dolub ki, bu da skafandrın şişməsi ilə nəticələnib. Geri qayıdan Leonov gəminin içərisinə daxil olmaqda çətinlik çəkib. Təlimata görə, kosmonavt gəmiyə ayaq tərəfindən daxil olmalı halda, o içəri başı üstə keçməyə çalışıb ki, bu da real ölüm təhlükəsi yaradıb. Təhlükə kosmonavtın çevikliyi sayəsində sovuşub.
İkinci dəfə Aleksey Leonov 22 yanvar 1969-cu ildə Kremlin girişində güllə yağışına düşüb. Belə ki, avtomobil karvanı Kremlə daxil olan məqamda Leonid Brejnevə qəsd etmək istəyən şəxs karvandakı maşınları səhv salaraq Leonovun olduğu avtomobilə atəş açıb. Kosmonavt bu hadisədən də sağ-salamat qurtula bilib.
Üçüncü dəfə Leonov ölümün cəngindən 1971-ci ildə çıxıb. Həmin il kosmonavtın komandiri olduğu “Soyuz-11” gəmisi ilə kosmosa uçuşu nəzərdə tutulub. Tibbi müayənə zamanı Leonovla birgə uçacaq Valeri Kubasovun səhhətindəki problem olduğundan tibbi komissiya uçuşa icazə verməyib. Qərara alınıb ki, “Soyuz-11” gəmisinin heyəti bütünlükdə dəyişilsin. Leonovla Kubasovu Georgi Dobrovolski, Vladislav Volkov və Viktor Patsayev əvəzləyib. Yerə eniş zamanı hər üç kosmonavt həlak olub.
Aleksey Leonov hər iki uçuşuna görə Sovet İttifaqı Qəhramanı adı ilə təltif olunub. Aviasiya general-mayoru rütbəsini daşıyan kosmonavt 1970-1991-ci illərdə kosmonovtların hazırlıq mərkəzinin rəis müavini vəzifəsində xidmət edib. 1991-ci ildə təqaüdə çıxan Leonov ömrünün son günlərinə qədər Rusiyanın ictimai həyatında fəal mövqe nümayiş etdirib.
Aleksey Leonov həvəskar rəssam olsa da, onun həmmüəllifliyi ilə 20-dən artıq poçt markası hazırlanıb.
Şəkərli diabetdən əziyyət çəkən kosmonavt 2019-cu ildə 86 yaşında vəfat edib. Aleksey Leonovun dəfn mərasimi hərbi təntənə ilə keçirilib. O, Moskva vilayətinin Mıtişi şəhərindəki federal hərbi momerial qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu, Musavat.com