Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. 12 futbol komandası şəhidlərin xatirəsinə həsr olunmuş xatirə turnirində qüvvəsini sınayacaq (1-ci yazı)


AFFA-nın hakimlər briqadasının idarə edəcəyi 38 oyunda qalibi 1500 manat mükafat gözləyir

“Azad” Futbol Klubun rəhbəri Mirələm Həşimovdan cenub.az saytına verdiyi  məlumata görə, Masallı Gənclər və İdman idarəsinin, Masallıdakı  Bioloji Təbabət Klinikasının və “Azad” Futbol klubun təşkilatçılığı ilə keçiriləcək xatirə turnirinin yaxın saatlarda püşkatma mərasimi  keçiriləcək. Mərasim 9 noyabr 2021-ci ildə Masallıdakı Heydər Əliyev Mərkəzində keçiriləcək.  Xatırladaq  ki, oktyabr ayının 11-dən noyabr ayının 22 kimi  davam etməklə Masallıda şəhidlərin xatirə turnirin həsr olunmuş turnirdə  12 komanda iştirak edəcək. Yarışlara qatılmaq üçün Masallı şəhərindən “Milenum”, “MAQNA”, “Grand kafe ”(Ərkivan), “Qala-95” (Ərkivan), Masallı Bioloji Təbabət Klinikası, “Azad” market, Səmidxan FK, Kolatan FK, Digah FK, Göytəpə FK, CənubFK və Seybətin FK ərizə ilə müraciət etmiş, həmçinin hər komanda 350 manat ödəniş etmişdir.

 İlk oyun  oktyabr ayının 11-də keçiriləcək. Həmin gün daha 2 görüş görüş nəzərdə tutlub.

Ümumilikdə turnirdə, final da daxil 38 oyun keçiriləcək. İlkin mərhələdə 12 komandanın hamısı bir-biri ilə görüşəcək, növbəti mərhələyə ən çox xal toplamış 8 komanda, 3 mərhələyə isə 8 komanda sırasında qalib olan 4 komanda yarışları davam etdirmək hüququ qazanacaq. Daha sonrakı mərhələ isə yarımfinal və finaldan ibarət olacaq.

Final görüşü isə 2021-ci, 22 noyabr tarixində  keçiriləcək.
Görüşləri izləmə pulsuzdur.

Bu mini futbol yarışmasında hər komandadan 6 nəfər iştirak edəcək. Hər hissə 20 dəqiqə olmaqla  ümumilikdə qarşılaşmalar fasilə müddəti çıxılmaqla 40 dəqiqə davam edəcək.

Oyunları hər gün saat  19-00-dan başlayacaq.

Görüşlər həftənin 1 və 4-cü günləri keçiriləcək. Hər görüş günü 3 oyun olacaq.

Tam obyektivlik olsun deyə görüşləri AFFA-nın hakimlər briqadası idarə edəcək.

Oyunlar pandemiya qaydalarına tam əməl olunmaq şərti ilə reallaşacaq. Həmçinin bütün görüşlər zamanı stadionda polis və təcili yardım xidməti olacaq.

Qalibləri aşağıdakı mükafatlar gözləyir:

1-ci yer 1500 manat
2-ci yer 1000 manat
3-cü yer 500 manat.

Həmçinin 

Ən yaxşı qapıçı, 
Ən yaxşı hücumçu
Ən yaxşı müdafiəçi
Ən yaxşı oyunçu
Ən çox qol vuran oyunçu üçün mükafatlar nəzərdə tutulub.

Bundan əlavə qaliblərə Masallı Gənclər və İdman idarəsinin diplomları, Fəxri Fərmanları, eləcə də “Azad” futbol klubunun kubok və medalları təqdim olunacaq. 

Püşkatma mərasiminin 2021-ci il,  oktyabrın 9-da Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulub..

Bütün görüşlər Seybətin dairəsini yaxınlığında, “Viləş” mini FUTBOL  stadionda keçiriləcək. (H. Əliyev prospekti, Kontak Home  mağazasının arxası).

Turnirin gedişi ilə bağlı operativ informasiyaları cenub.az saytından izləyin.

Zahir Əmənov. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10