Hadisə rayonun Şəmətük kəndinə yaxın meşə ərazisində baş verib. Belə ki, qanlı hadisə iki qardaşın ailələri arasında baş verib. Qardaşlardan biri Ağayev Arzu Əlif oğlunun gəlini 1994 –cü il təvəllüdlü Ağayeva Gülsevər Hilal qızı meşəyə mal-heyvan dalıyca gedən, yoldaşının əmisi olan Ağayev Qəyim Əlif oğlunun həyat yoldaşı 50 yaşlı Ağayeva Mehparə Ağamirzə qızına çoxsaylı bıçaq zərbələri ailədə iki qadın arasında yaranan münaqişə zamanı Gülçöhrə adlı gəlinin həyat yoldaşının qardaşı arvadı olan Mehribana bıçaq xəsarəti yetirib. Qətlə yetirilən M.Ağayevanın həyat yoldaşının deməsinə görə özü meşə təsərrüfatında çalışır. Hadisə baş verən zaman işdə olub. Yoldaşının bıçaqlanma xəbərini oğlundan eşidib. Onu tapanda qan içində meşədə köməksiz vəziyyətdə olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səyinə baxmayaraq bir qədər sonra ölüb.
O da məlum olub ki, bu ilin aprel ayında qətlə yetirilən Mehparə Ağayevanın oğlu Famil Ağayev qanlı hadisəni törədən Gülsevər Ağayevanın qaynını qətlə yetirib. Bundan sonar ailələr arasında qisas məqsədi ilə vaxtaşırı insidentlər yaşanıb.
Artıq hadisəni törətməkdə şübhəli bilinən G.Ağayeva saxlanılıb. Faktla bağlı araşdırma aparılır