Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

41 yaşlı pedofilin əməlləri ŞOK YAŞATDI: iki azyaşlının naləsi...


Rusiyada pedofilin 2 azyaşlı qıza təcavüz edərək, onları vəhşicəsinə öldürməsi ölkədə şok yaşadıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Sibirin Kiselevsk şəhərində baş verib.

Rusiya İstintaq Komitəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəhər sakini 41 yaşlı Viktor Pesternikov olub.

Hadisənin təfərrüatları məlum olub. Törətdiyi cinayəti etiraf edən Viktor bildirib ki, hədəf kimi kasıb ailələrdən olan iki 10 yaşlı qızı - Nastya və Ulyananı seçib:

“Adətən kasıb ailələrdə hədiyyələr nadir hallarda olur. Bundan istifadə edərək, göyərçinlər dolu meydana gələn uşaqlara yaxınlaşdım. Onlara dən verərək quşları yemləməyi təklif etdim. Sonra uşaqlara şirniyyat alıb dovşanlara baxmaq bəhanəsi ilə öz mənzilimə gətirdim”.

V.Pesternikov evdə əvvəlcə qızlardan birini zorlayır və sonra boynunu sındırır. Növbəti “oyunu” azğın formada digər qızın başına gətirir. Bu azmış kimi, səhərə qədər 10 yaşlı qıza işgəncələr verir, onu içki içməyə, siqaret çəkməyə məcbur edir. Səhər ikinci qurbanını da vəhşicəsinə öldürür.

Qeyd edək ki, iki uşaq qatilini ömürlük həbs cəzası gözləyir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10