
Qeyd edək ki, Afəddin Kərimov 18.11.1982-ci ildə Masallı rayonu Qarğalıq İnzibati Ərazi Dairəsinin Əminli (keçmiş adı Eminli) kəndində anadan olmuşdur. İcra hakimiyyəti başçısının saytında qeyd olunmuş məlumatda bildirilir ki, o, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili almışdır. 2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrində çalışmış, 2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışmışdır.
Ailəlidir, 3 övladı var.
Təbrik edirik.
Cenub.az