Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rus hərbçilərin erməni məşuqələri barədə ŞOK DETAL: İranlılar GÜMRÜDƏ KİRAYƏ EVLƏRDƏ…


“Ermənistanın Gümrü şəhərində İran vətəndaşlarının intensiv şəkildə evləri kirayəyə götürülməsi halları müşahidə edilir”.

Musavat.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
 
O vurğulayıb ki, bu məsələdə kifayət qədər müəmma var:

“İran vətəndaşlarının Gümrüyə xüsusi marağının səbəbini araşdırmağa çalışdım. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, onların bir qismi Rusiyaya qarşı cəsusluq ilə məşğuldular. Həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir. Odur ki, bu evlərdə yaşayan İran vətəndaşları Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək qeydə almaq imkanına malik olduqları şübhəsizdir.

Eyni mənbədən aldigim məlumata görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları Rusiya hərbçilərinə xidmət edən erməni qadınlarından cəsusluq aləti kimi istifadə edirlər. Qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür. İranın xüsusi xidmətlərin Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər”.

Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10