Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

16 minlik maşın Azərbaycana 97 minə gəlib çıxır – Rəsmi rüsumlar


16 minlik maşın Azərbaycana 97 minə gəlib çıxır – Rəsmi rüsumlar

Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri sizi şoka salacaq.

VIP Escort MMC-nin direktoru Rəşad Quliyev feysbookda paylaşdığı statusda bildirib ki, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə olunub. Məlum olub ki, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manata başa gəlir. Buraya aşağıdakılar daxildir:

Aksiz vergisi – 59120 manat

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat

Əməliyyat haqqı - 100 manat

Vəsiqə haqqı 20 manat

ƏDV 14790 manat 13 qəpik

Elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat

Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik

Cəmi: 80840 manat 99 qəpik.

Rəşad Quliyev daha sonra müqayisə üçün yazıb ki, Amerikadan idxal olunan 9500 dollarlıq avtomobilin (yol xərci daxil) Almaniyada idxal gömrük rüsumu 10% + 19% əlavə dəyər vergisi =29%-dir. Bu da təxminən 2755 dollar edir(avtosfer.az).





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10