Cenub.az-ın Lənkəran müxbiri Elnur Şükürovun verdiyi məlumata görə, Lənkəran şəhər sakini, şəhərin Səməd Vurğun 16 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Tahirov Murad Qadir oğlu gecə saatlarında özünü yaşadığı evin üzüm təhəngliyində kəndirlə asıb. M. Tahirov Lənkəran şəhər 1 saylı tam orta məktəbin 11-ci sinifində oxuyurdu.
Aldığımız məlumata görə onun meyti səhər saatlarında aşkarlanıb.
O, 2 bacının yeganə qardaşı, ailənin sonuncu övladı idi.
İntiharın səbəbi tam bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!
Lənkəran. Elnur Şükürov. Cənub.az