Yarandığı ilk illərdən başlayaraq sovet rəhbərləri SSRİ-yə məxsus brendlərin formalaşması üçün çoxsaylı proqramlar hazırlayıblar. Bu məsələdə ilk növbədə yeni istehsal müəssisələrinə və güclü mütəxəssislərə daha böyük ehtiyac duyulub. Texnika, kənd təsərrüfatı, sənaye məhsulları ilə yanaşı, içkilərin istehsalı məsələsinə də xüsusi diqqət ayrılıb. Bu məqsədlə 1920-ci ilin sonlarında şərabçılıq üzrə mütəxəssislərlə görüşən İosif Stalin köpüklü şampan şərabının hazırlanması ilə bağlı onlara göstəriş verib.
Maraqlıdır, sovet lideri məhz niyə şampan şərabının ölkədə istehsalına daha çox üstünlük verib?
Əslində şampan şərabının tarixi hələ 18-ci əsrə təsadüf edir, fransızlar bu şərabın istehsalına 1722-ci ildə başlayıblar. Rusiyada isə 19-cu əsrdə şampan şərabının istehsalına başlanıb. Bu məlumatlara malik olan Stalin onu da bilib ki, çar Rusiyasında bu şərabın bir şüşəsi 2-3 rubla satılıb. Həmin ərəfədə orta əmək haqqı 12-16 rubl olub. Buna görə də o, şampan şərabını burjua içkisi adlandırıb və mütəxəssislərə qiymətlə bağlı xüsusi tapşırıq verib. Bu tapşırığa görə, SSRİ-də istehsal olunacaq şampan şərablarının qiyməti sıravi vətəndaşlar üçün də əlçatan olmalıydı.
Sovet liderinin bu tapşırığı şərabçılıqla məşğul olanları kifayət qədər çətinliyə salıb. Yeni texnologiyaların olmaması, xammal seçimi, köpüklü şərabın elmi cəhətdən texnoloji proseslərinin araşdırılması və hazırlanması yetərincə problemlər yaradıb.
Xalq Komissarları Soveti və Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının birgə müzakirələrindən sonra Stalinin göstərişini yerinə yetirmək üçün sözügedən məsələni şərabçlıq üzrə tanınmış mütəxəssis, kimyaçı Anton Frolov-Baqreyevə həvalə ediblər. Bu məqsədlə o, Almaniya, İtaliya və Fransaya ezam olunub. Müəyyən qədər tərcübə topladıqdan sonra kimyaçı alim şampan şərabının yeni reseptini hazırlamağa nail olub.
Nəhayət, yeni şampan növünün hazırlanması ilə bağlı bütün sənədlər hazır olduqdan sonra 28 iyul 1936-cı ildə Stalinin iştirakı ilə Xalq Komissarları Soveti “Desert və süfrə şampan şərabının istehsalı haqqında” qərar imzalayıb. Qərarda yeni istehsal olunacaq şərabın adı “Sovetskoe şampanskoe” kimi göstərilib. Həmçinin qərarda SSRİ-nin böyük şəhərlərində şampan şərabı zavodlarının tikilməsi də qeyd olunub.
İlk olaraq SSRİ-də şampan şərabı Rostovda buraxılıb. Don şərabçılıq zavodunda Fransaya məxsus “Şossepye” şirkətinin texnoloji avadanlıqları quraşdırılıb.
Konveyrdən çıxan ilk şampan şərabını Stalin dequstasiya edib. Köpüklü şərabın turş və kəmturş növləri sovet liderinin çox da xoşuna gəlməyib. Şirin və kəmşirin növlərini isə o, yüksək qiymətləndirib.
Rostovdakı ilk istehsaldan sonra SSRİ-nin ayrı-ayrı bölgələrində şampan şərabı zavodları tikilib. Bu içki növü SSRİ-də istehsal olunan alkoqollu içkilər arasında xüsusi yer tutub, bayran günlərində sovet vətəndaşlarının süfrəsini bəzəyib və sovet brendi olaraq SSRİ-nin qeyri-rəsmi rəmzlərindən birinə çevrilib. Kremldə keçirilən qələbə ziyafətində də Stalin faşizm üzərində qələbənin şərəfinə şampan şərabı süzülmüş badə ilə tost deyib.
Müharibədən sonra SSRİ-də şampan şərabı zavodlarının tikintisi daha geniş vüsət alıb, Moskvada və Leninqradda istehsal gücü daha çox olan zavodlar fəaliyyətə başlayıb.
“Sovetskoe şampanskoe” kimyaçı alim Anton Frolov-Baqreyevə böyük şöhrət gətirib. O, Stalin mükafatına layiq görülüb, “Lenin” ordeni ilə təltif edilib. Alim dövlət təltifləri ilə mükafatlandırılsa da, Stalinlə şəxsi tanışlığı olsa da, o, uzun illər Kommunist Partiyasına üzv olmaqdan boyun qaçırıb. O, yalnız 65 yaşında inadından dönərək partiya üzvlüyünə qəbul olunub.
Anton Frolov-Baqreyevə Stalin mükafatı verilməsi müzakirə olunanda şampan şərabının istehsal olduğu dövrdə SSRİ qida sənayesi komissarı (naziri) vəzifəsində işləyən Anastas Mikoyan dolayısı yolla Stalinə bu şərab növünün hazırlanmasında böyük xidmətləri olduğunu çatdırmağa cəhd edib. Stalin Mikoyanın nə demək istədiyini göydə tutub və onun bu fikrini cavabsız qoynayıb:
- Yoldaş Mikoyan, siz bir qafqazlı kimi şirin şampan şərabını içməkdə mahir ola bilərsiniz, amma onun hazırlanması, texnoloji prosesləri sizin ağlınızın gücü daxilində deyil, elm başqa, siyasət başqa...
SSRİ dövründə şampan şərabının ən çox satışı 1970-ci ildə qeydə alınıb. Həmin il ölkə ərazində 249 milyon şüşə şampan şərabı satılıb.
Müasir dövrümüzdə şampan şərabı çox da dəbdən düşməyib. Xüsusilə yeni il şənliklərində ayrı-ayrı ölkələrdə istehsal olunan şampan şərabları süfrələrin əsas bəzəyinə çevrilir.
İlham Cəmiloğlu, Musavat.com