İran Əməkdar artist Mehriban Xanlarovanın ölkəyə girişinə qadağa qoyub.
Aktrisanın özü Yenisabah.az-a bu barədə açıqlama verib.
Mehriban Xanlarova qadağanın hansı səbəbə görə qoyulduğunu bilmir.
Sənətçinin sözlərinə görə, sərhəddə bu barədə ona heç bir izahat verilməyib:
“İran ölkəyə girişimə qadağa qoyub və bu çoxdan olub. Səbəbi bilmirəm. Ola bilər bəzi ağzıgöyçəklər nəsə düşünüb yazar ki: “Niyə bilmir? Gizlədir” filan. Amma bu belə deyil, səbəbini İran sərhədindəki sərhədçilər demir, gizlədirlər. Onlardan “Problem nədir?” deyə soruşduqda heç bir cavab vermirlər, deyirlər ki, get, Bakıdakı konsulluqdan öyrən.
Bəziləri fikirləşə bilər ki, yəqin nəsə etmişəm, nəsə demişəm, ona görə qoymurlar. Xeyr, elə bir şey yoxdur. Əgər elə olsaydı, mən nə nazirliyə, nə İran səfirliyinə gedərdim, nə də açıqlama verərdim, bunu gizli saxlayardım.
Çox dirəşdim, amma nəticə olmadı. Son xarici işlər naziri təyinatından sonra nazirliyə müraciət etməmişəm. Çünki Vətən müharibəsi yaşadıq və həmin vaxtda İrana gedib-gəlmək heç gözümdə də deyildi.
Mən ora qardaşımı, anamı, bacımı müalicəyə aparmışam, özüm də orada əməliyyat olunmuşam, yəni İrana getmək məqsədimiz yalnız həkim qəbuluna düşmək olub. Doğrudur, bizim həkimlər də işinin ustasıdır, amma elə məqamlar olub ki, getməli olmuşuq. İndi isə qoymurlar, dəfələrlə müraciət etmişəm, demişəm ki, arqumentləri çıxarın ortaya, bilək ki, niyə qadağa qoyulub. Amma demirlər. Müharibə vaxtı və sonra şəhidlərimizə yas saxlayırdım deyə bu mənim üçün heç maraqlı deyildi. Vaxtı, məqamı gələr, yenə üstünə düşərəm”.
Əsmətxanım