Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şeyx çıxış etdi, Cahangir Əsgərov tapança bağışladı... - Telman İsmayılovun ad günündən VİDEO


Xəbər verdiyimiz kimi, “Çerkizovski” bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb. Bir vaxtlar Rusiyanın ilk milyarderlərindən sayılan T.İsmayılov təmtəraqlı ad günü məclisləri ilə daim dünya mediasının gündəmində olub. 2006-cı ildə 50 illik yubileyini qeyd edən iş adamını təbrik edənlər arasında Azərbaycan rəsmiləri də var.

Yenisabah.az xəbər verir ki, yubiley məclisində AZAL-ın prezidenti Cahangir Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Baş Nazirinin sabiq birinci müavini Abbas Abbasov da iştirak edib. C.Əsgərov iş adamının şərəfinə mahnı oxuyub, ona tapança hədiyyə edib. A.Paşazadə məclisdə çıxış edərək T.İsmayılovun xeyriyyəçiliyindən danışıb, onu təbrik edib. Şeyx məclisə ailəsi ilə birlikdə gəldiyini də bildirib.
Həmin videokadrları sizə təqdim edirik:






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10