
Əldə etdiyimiz ilkin məlumata görə, qətlə yetirilən Murad Əzimov 25 yaşında olub. O, bu yaxınlarda Moskva universitetlərinin birini qırmızı diplomla bitiribmiş. Onu öldürən Həsən Rzayev isə 20 yaşındadır. Hadisənin Moskvadakı dayanacaqlardan birində, ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.
Hər 2 gəncin valideynləri həmkəndli olmaqla yanaşı, həm də yaxın qohum və dost olublar. Hadisə baş verən zaman hər 2 gəncin valideynləri Kərbəlada, bir yerdə ziyarətdə olub, hadisəni eşidəndən sonra isə təcili geri qayıdıblar.
Qətlə yetirilən gənc – Əzimov Murad Bədalan kənd qəbiristanlığında dəfn edilib, onu qətlə yetirən Həsən Rzayev isə polis tərəfindən saxlanılıb.
Allah rəhmət eləsin!