Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident iki mərtəbəli evini imkansızlara hədiyyə etdi... - İBRƏTAMİZ-FOTOLAR


Bundan sonra rüşvətxor məmurların əmlakı, villaları ehtiyacı olan vətəndaşların xeyrinə müsadirə ediləcək...
 
Qırğızıstan Prezidenti Sadir Japarov ailəsinə məxsus evi rəsmi olaraq dövlət satış şirkətinə təhvil verib. Həmin daşınmaz əmlakın satışının gəlirindən ehtiyacı olanlara mənzil almaq üçün istifadə ediləcək.


Qırğızıstan mediası  bu haqda dövlət başçısının administrasiyasının saytındakı məlumata istinadla informasiya yayıb. 
 
Qeyd olunur ki, Sadir Japarov iki mərtəbəli kottecin sənədlərini dövlət şirkətinin rəhbəri Aida Toloqonovaya şəxsən təhvil verib və  onun təhvil verilmiş daşınmaz əmlakın parametrləri ilə tanış edib. 
 
Prezidentin sözlərinə görə, ailəsi bu evi 2005 -ci ildə alıb və 5 il sonra ailə başqa yerə köçüb. O andan etibarən kottec uşaq bağçası kimi istifadə olunur.


Sadir Japarov bildirib ki, hədiyyə mənzilə gerçəkdən ehtiyacı olanlara kömək məqsədi ilə edilib.
 
Prezidentin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə Qırğızıstanda mənzil probleminin həllinə də kömək edəcək. Həmin mübarizə çərçivəsində rüşvətxor məmurların əmlakı, o cümlədən evləri, villaları ehtiyacı olan vətəndaşların xeyrinə müsadirə ediləcək.
 
Xatırladaq ki, bir müddət öncə əvvəl Qırğızıstanda yeni ipoteka proqramı işə salınıb. Onun çərçivəsində dövlət sektorunun işçilərinə hazır mənzil alışı üçün illik 4%-lə kredit verilir.
 
Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10