Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanın Baş prokurorluğu: "Saakaşvilini 6 illik həbs gözləyir"


22:04
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.
Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır. 

Bir qədər əvvəl qeyd olunurdu ki, Gürtcüstanın ombudsmanı Nino Lomcariya Mixail Saakaşviliyə baş çəkilb. O, sabiq dövlət başçısının saxlanma şəraiti ilə tanış olacağını bildirib.
Xalq müdafiəçisi M.Saakaşvilinin saxlanılan şəxs kimi hüquqi statusu ilə maraqlanacağını deyib. 
***
21:20 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb. Həmin müraciətində Saakaşvili Tbilisidə olduğunu və həbs edilə biləcəyini deyir. Keçmiş prezident qeyd edir ki, mübarizəsini yenə də davam etdirəcək.
“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, - M.Saakaşvili videomüraciətində deyib.
***
21:09
Gürcüstanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin ölkədə saxlanılmasını əks etdirən foto və videogörüntülər yayıb. Görüntülərdə sabiq prezidentin Tbilisidə polis bölməsinə aparılması əks olunub. M.Saakaşvilinin daha sonra Rustavi şəhərində həbsxanalardan birinə aparıldığı bildirilir.
***
20:58
Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı təcridxananın qarşısına toplaşır. Bir neçə saat əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilirdi.
Mənbə yazır ki, bu dəqiqələrdə M.Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı “Matrosovski həbsxanası”nın  qarşısına toplanırlar.

***
19:58
"Mixail Saakaşvili həbs olundu". Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi brifinqdə deyib.
Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixail Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər: "Hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. Proses tam nəzarət altında idi".
Qaribaşvilinin sözlərinə görə, aidiyyəti qurumlar əməliyyatın minimal maneələrlə həyata keçirilməsi məqsədi ilə kordinasiyalı şəkildə vaxt və məkan seçib: "Saakaşvili artıq penitensiar müəssisəyə transfer edilib".







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10