Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıların rejissor və ssenari müəllifi olduğu yeni film-"Beşatılan" bu gün ekranlarda (Video)


Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub. “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.

Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir.

Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır. Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir.

Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

Filmin baş məsləhətçisi Qənirə Paşayeva, baş ssenaristi Firudin Məhərrəmov, ssenari müəllifləri Nurəddin Ədiloğlu, Qasım Kərimov, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru Elşən Bədəlov,rejissoru isə Murad Məmiyevdir. Filmdə baş rolları Elçin Məmiyev, Rövşən Kərimduxt, Rauf Ağakişiyev, Habil Xanlarov, Ümüd Abbaszadə, Vaqif Kərimov, Əliqulu Səmədov, Əlibala Əsgərov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.

Beşatılan”ın 1-ci bölümünə senytabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də Mədəniyyət TV-də baxa bilərsiniz.


















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10