Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində 27 Sentyabr Hüzn Günü ilə bağlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsi dərin ehtiramla yad edilmişdir. Anım tədbirində rayon ictimaiyyətinin, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, Lənkəran ŞTŞ-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin əməkdaşları iştirak etmişdir. Tədbirin sonunda Vətən müharibəsində şəhid olmuş lənkəranlı soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün hazırlanmış lövhənin açılışı olmuşdur. Anım mərasimi tədbir iştirakçılarının Şəhidlər xiyabanını ziyarət etməsi ilə yekunlaşıb.
Əyyub Məmmədov
Əyyub Məmmədov