Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Laçın dəhlizindən bu müddətdə 65 min maşın və 230 min adam keçdi...-RƏSMİ


Bəs Azərbaycanın buradakı sərhədindən neçə erməni hərbçisi, terrorçusu, xarici muzdlu və nə qədər silah-sursat keçdi?..
 
“2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlı kontingentinin hərbçiləri gecə-gündüz tərəflərin təmas xətti yaxınlığından təxminən 65 min nəqliyyat vasitəsinin və 230 mindən çox insanın hərəkətinin təhlükəsizliyini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə Dağlıq Qarabağa və geri(Ermənistana-S.L.) daşınmasını təmin ediblər”. 

Cenub.az xəbər verir ki, Rusiya MN-in rəsmi saytında yayılan məlumata görə, bunu Rusiyanın Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı sayılan hərbi kontingentinin sözçüsü Vasili Davıdov bildirib.
 
"Postun şəxsi heyəti sutka boyu atəşkəs rejiminə riayət olunmasına və Laçın dəhlizi vasitəsi ilə avtomobillərin keçidinə nəzarət edir. Hər bir nəqliyyat vasitəsi yoxlanılır, hansısa maşın şübhə doğurursa, hərbçilər onu təkrar yoxlayır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir ” - deyə Rusiya hərbçisi əlavə edib.
 
P.S. Bəs bu 10 aydan çox müddətdə Azərbaycanın Laçındakı sərhədindən Qarabağa neçə erməni hərbçisi, terrorçusu, xarici muzdlu və nə qədər silah-sursat keçdi?..
 
Sultan Laçın
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10