Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Astaradakı sərhəd-keçid məntəqəsi ilə Qafan-Gorus yolundakının heç bir fərqi yoxdur...”


“Kimliyindən, hansı ölkənin nümayəndəsi olmasından asılı olmayaraq hər bir şəxs bu ərazilərə daxil olarkən Azərbaycan qanunvericiliyində nəzərdə tutulan bütün qanunlara tabe olmağa borcludur...”

*** ***
“İranla bütün narazılıqların, anlaşılmazlıqların arxasında məkrli? hiyləqər erməni siyasətinin durduğu şübhəsizdir...”
*** ***
“İmkan verməməliyik ki, xırda söz- söhbətlərlə başımızı qataraq bizi mühüm zəruri geo-siyasi məqamlardan kənarda saxlasınlar...”
***
“Azərbaycanda bütün dövrlərdə, o cümlədən sovet zamanında İranla münasibətlərə böyük əhəmiyyət verilib. Praktikada bu siyasi yanaşma istər Sovet rəhbərliyi, istərsə də Azərbaycan rəhbərliyi tərəfindən etno-siyasi reallıqdan əmələ qələn əhəmiyyət nəzərdə tutularaq həyata keçirilirdi. Dövlətlər arası münasibətlərə böyük əhəmiyyət verilməsinin bariz nümunələrindən biri kimi, Buşerdə atom elektrik stansiyasının tikilməsinə başlanmasını misal göstərmək olar. SSRİ zamanında, Qorbaçov tərəfindən yenidənqurmanın başlanması Azərbaycan-İran münasibətlərində yeni impulsun yaranmasına səbəb oldu. Yenidənqurma adı altında başlanılan islahat proqramları İran tərəfindən öz dəstəyini aldığına qörə bu yaxın qonşumuz ilk iqtisadi və siyasi əlaqələr yaratdığımız ölkələrdən biri oldu. Və bunun ardınca İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi tarıxdə qaldı”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib. 
 
“Azərbaycanda iqtisadi və sosial sahədə islahatların başlanması nəticəsində İran da, qardaş Türkiyə kimi aqrar sahədə investisiyaların qoyulması təklifi ilə Azərbaycana ilk qədəm qoyan dövlətlərdən biri oldu. Bu niyyətlə Bakıda sosial iqtisadi sahələrə aid, elm, texnika, təhsil sahələrində əldə olunmuş nailiyyətləri əks etdirən sərgilər keçirilirdi. Bundan başqa, o zamanlarda İran rəhbərliyi yeni müstəqilliyə qovuşmuş Azərbaycan Respublikasının İslam dünyasına daxil olmasında və İslam institutlarında həqiqi üzv kimi təmsil olunmasında öz zəhmətlərini əsirgəmədi. Bu proses də Azərbaycanın müsəlman ölkələri ilə ikitərəfli iqtisadi siyasi münasibətlərin qurulmasının sürətlə irəli aparılmasında öz bəhrəsini verdi”- açıqlamasının ardında bunları söyləyən Ayaz Mütəllibov bu günkü İran-Azərbaycan münasibətlərini də qısaca təhlil edib.

 
“Bu qün Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf etməsi üçün yaxşı potensial var. Bu prosesə diqqət ayırmaq lazımdır və reqional münasibətlərdə prioritet xətt kimi nəzərdə tutulmalıdır. Nəhayət, daxili reqional münasibətlərin normallaşdırılmasında azərbaycanlıların etnik faktoru xüsusi diqqət tələb edən faktor kimi əsas götürülməlidir.
 
Bu günlərdə cərəyan edən hadisələrə gəlincə, bunları müvəqqəti anlaşılmazlıq kimi qiymətləndirərdim. Azərbaycan və İran İslam Respublikası arasında çoxillik fundemental münasibətlər fonunda sərhəddə yaranmış anlaşılmazlıq müvəqqəti keçici bir prosesdir.Yəqin ki, çox yaxın zaman kəsiyində bu problem aradan qaldırılacaq. Buna hər iki dövlət rəhbərliyinin, xüsusi ilə Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, uğurlu xarici siyasəti əsas verir. Bütün narazılıqların, anlaşılmazlıqların arxasında məkrli hiyləqər erməni siyasətinin durduğu şübhəsizdir. Bədxah qonşularımız hər vasitə ilə çalışırlar ki, qonşu dövlətlərlə əsasən Rusiya və İranla münasibətimizi düşmənçilik səviyyəsinə çatdırsınlar. Bunu həyata keçirmək üçün hər növ avantüradan, demaqoqluqdan istifadə edərək beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindən bu qünə qədər əl çəkmirlər. Görünən odur ki, 44 günlik zəfər müharibəsi onlara dərs olmayıb. Acınacaqlı məğlubiyyətdən nəticə çıxarmayıblar. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan xalqı torpaqların itirilməsi ilə heç zaman barışmayıb və barışmaycaq da. Belə də oldu. İndi də qoy ermənilər ağılların başlarına yığıb, normal insan düşüncəsinə sahib olub Azərbaycan dövləti tərəfindən irəli sürülən təklifləri qəbul etsinlər. Əks halda yenidən itirən onlar olacaq. Bu təxribatda da sübhəsiz ki, xalqımızın qazandığı zəfəri gözü qötürməyən, istər bizdə istərsə də İran və Rusiyadakı bəzi qara qüvvələrin rolu vardır...” –deyə eks-prezident bildirib.
 
“Bu qün Azərbaycan xalqı, ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında 30 ildən bəri davam edən haqqsızlığa son qoyub. 30 il idi ki, erməni vandalizmi ilə xaraba qoyulmuş toqpaqlarımız öz əsl sahibinə qaytarılıb. O cümlədən sərhədlərimiz bərpa olunub. İndi həmin sərhədlərimizi müzəffər ordumuz sərhədçilərimiz qoruyur. Bu reallığı həzm edə bilməyən və yaxud anlamayan qüvvələr var. Uzun müddət ərzində bu sərhədlər müxtəlif dövlətlər tərəfindən maneəsiz şəkildə pozulub, öz malları kimi qeyri-qanunu şəkildə istifadə olunub. İndisə ədalət bərpa edilib və sərhədləri pozan hər bir şəxs Azərbaycan qanunları qarşısında cavab verməli olacaqdır. Yəni bu qünki reallıq ondan ibarətdir ki, Samurdakı sərhəd-keçid məntəqəsi, Astara və yaxud da Naxçıvandakı, Culfadakı sərhəd-buraxılış məntəqəsi ilə Gorus-Qafan yolunun üzərindəki sərhəd-buraxılış məntəqəsinin heç bir fərqi yoxdur. Hamısı eyni statusa malikdir və qanuni və tarixi Azərbaycan ərazisidir. Kimliyindən, hansı ölkənin nümayəndəsi olmasından asılı olmayaraq hər bir şəxs bu ərazilərə daxil olarkən Azərbaycan qanunvericiliyində nəzərdə tutulan bütün qanunlara tabe olmağa borcludur. Hal-hazırda bu istiqamətdə Azərbaycanın hüquq-mühafizə orqanları polis, gömrük, sərhəd xidmətlərimiz çətin və təhlükəli şəraitdə fəaliyyət göstərmələrinə baxmayaraq operativ şəkildə bu prosesləri həyata keçirdirlər. Bir az çətin olsa da, zamanla bunu hamı biləcək və istər-istəməz qəbul edəcək. Bu, bizim haqqımızdır. Qonşu dövlətlər artıq bu reallığı tanıyıblar və bu istiqamətdə Azərbaycan Respublikası rəhbərliyinin, xarici siyasətə cavabdeh orqanların apardığı siyasət təqdirə, alqışa layiqdir.

Bu kimi müvəqəti çətinliklər dövlətlərarası, o cümlədən Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilməz. Azərbaycan get-gedə qlobal siyasətdə öz sözünü deyən ölkələrdən birinə çevrilməkdədir. Bu gözümüzün qarşısında baş verir. İmkan verməməliyik ki, xırda söz- söhbətlərlə başımızı qataraq bizi mühüm zəruri geo-siyasi məqamlardan kənarda saxlasınlar. Azərbaycan da, İran da nəinki reqional səviyyədə, hətta beynəlxalq aləmdə öz müstəqil fikrini deyən ölkələrdəndi. Hər iki dövləti birləşdirən ortaq məqamlar, milli-mədəni coğrafi məqamlar çoxdur. Biz bu məqamları əldən verməyərək hər iki dövlətin maraqları, suverenliyi, ərazi bütövliyi çərçivəsində inkişaf etdirməliyik. İranda da Azərbaycanda da bu məqamlara xələl qətirəcək provakasyon hərəkətlərin qarşısı alınmalıdır”- deyə sabiq dövlət başçısı vurğulayıb.
 
Sultan Laçın   





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10