Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sumqayıtdan Bakıya yeni yol çəkiləcək


Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.

Cenub.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: "Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə "20 yanvar" istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur".

A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10