Dünyanın ən təsirli və güclü qadın etirazçıları
Qadınlar dünya ölkələrindəki etiraz nümayişlərinin hamısında iştirak edirlər.
"Ölkə.Az" xəbər verir ki, "Boredpanda" internet portalı ən güclü və ən təsirli etirazçı qadınların fotolarını seçib.
Çili
Santyaqo, 11 sentyabr 2016-cı il. Demokratik aksiyada polis ilə burun-buruna gələn qadın.
ABŞ
Ayşa Evans. 2016-cı il 9 iyulda Alton Sterlinqin polis tərəfindən silahla öldürülməsinə qarşı Luizianada etiraz üçün polislə üz-üzə.
İsrail
İsrailli bir qadın Tel-Əvivdə keçirilən nümayişdə polislə üz-üzə.
İsveç
Mariya-Tereza "Tess" Asplund adlı qadın 2015-ci ilin 1 may tarixində İsveçin Borlenqe şəhərindəki bir neo-nasist nümayişi zamanı nümayişçilərə etiraz edir.
Cənubi Koreya
2015-ci il, 24 aprel, Seul. Hökumətə qarşı etiraaz nümayişlərində bir qadın yerdə oturaraq polislərin qarşısını kəsir.
Belçika
Zakia Belxiri adlı qadın 2016-cı ildə Belçikanın Antverpen şəhərində müsəlmanlara qarşı keçirilən etiraz nümayişində selfie çəkir.
İngiltərə
Birmingemdə Saffiyah Xan adlı qadın gülümsəyərək etiraz edir.
İngiltərə
1963-cü il. Qloriya Riçardson adlı qadın Kembricdə keçirilən etiraz nümayişində polisin süngülü tüfəngini əli ilə itələyir.
İsveç
1985-ci il, 13 aprel, Danuta Denielson adlı qadın İsveçin Vexjö şəhərində çantası ilə neo-nasisti vurur.
İngiltərə
1914-cü ilin yanvar ayı. Emmelin Pankharst Bukinhem sarayının qarşısındakı etiraz nümayişindən sonra onu həbs edən polisə qarşı müqavimət göstərir.
Fransa
2012-ci ildə eynicinslərin nikahına qarşı keçirilən aksiyada öpüşən cütlük.
Türkiyə
2014-cü il, İstanbul. Kadıköydə məhəllə evinin polis tərəfindən bağlanmasına qarşı qadın polisin qarşısında rəqs edərək etirazını bildirir.
İsveçrə
16 yaşlı şagird Lüsi Mislikova bir neo-nasist etirazçı ilə üz-üzə.
Polşa
2011-ci il, 15 aprel. Polşalı qadınlar Varşava metrosunda etiraz aksiyası keçirirlər.
ABŞ
1976-cı ildə Ketrin Svitzer adlı qadın Boston Marafonunda qaçan ilk qadın olmaq üçün kişilərin bütün hücumlarına qarşı müqavimət göstərdi.
ABŞ
Gənc amerikalı qadın 1969-cu ilin yanvar ayında, Vaşinqton şəhərində Federal Ticarət Şurasının binası qarşısında qadın haqları üçün etiraz səsini ucaldıb.
Bolqarıstan
2013-cü ildə bir qadın polisin etirazçılara qarşı gücdən istifadə etməsinin qarşısını almağa çalışır.
ABŞ
Ceyn Kasmir adlı qadın 1967-ci ilin 21 oktyabr tarixində Vyetnam müharibəsi əleyhinə keçirilən etiraz nümayişində polislərə sülhün simvolu olan çiçək uzadır.
İngiltərə
1910-cu il. İngiltərədə qadınların səsvermə hüququ üçün keçirilən aksiyada polisə müqavimət göstərən qadın.
Cənubi Afrika
2016-cı il. 13 yaşlı Züleyxa Patel adlı qız uşağı Cənubi Afrikada iqrçi siyasətlərə etiraz edir.
Türkiyə
2013-cü il. İstanbulun Gezi Parkı hadisələri əsnasında bir qadın təzyiqli suyun qarşısını kəsir.
ABŞ
2016-cı ilin 21 sentyabrı. Şarlottada etiraz nümayişləri zamanı yaralanan bir qadın polisə müqavimət göstərməyə davam edir.
Makedoniya
2015-ci il. Jasmina Qolubovska adlı qadın Makedoniya nazirlər kabinetinin qarşısında keçirilən etiraz aksiyasında polis qalxanından bir güzgü kimi istifadə edib dodağını boyayır.
Hikmət Həsənov
Ölkə.Az