Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rayonun Qızılağac kəndində, Masallıda 125 il öncə ilk məktəbin yarandığı məkanda yeni məktəb binasının açılışı olub


Bir neçə gün öncə isə  rayonun Boradigah qəsəbəsində 624 yerlik 2 saylı tam orta məktəbin açılışı olmuşdu.


 Bu gün, sentyabr 22-də isə rayonunun Qızılağac kəndində yeni, 528 yerlik məktəbin açılışı olub. Onu da yada salaq ki, Qızılağac  1896-cı ildə indiki Masalll ərazisindı yaradılan ilk məktəbin ünvanldır.


Məlumat üçün bildirək k, Masallı rayonunda 66-sı tam orta olmaqla 95 məktəb var. Elə 2 il öncə icra hakimiyyətinin yaydığı məlumata görə rayondakl bu məktəblərin 8-i qəzalı vəziyyətdədir, daha 15-dən artıq məktəbin isə ciddi təmirə ehtiyacı var. Ötən il Masallıda heç bir yeni məktəb binası tikilməyib.  Yaxın vaxtlarda isə Türkoba İnzibati Ərazi Dairəsinə daxil Qəzvinoba ümumi orta məktəbi üçün 180 yerlik yeni məktəb binasının inşasına başlanılacaq.


 Cenub.az Masallı-ih.gov.az saytına istinadən xəbər verir ki, 22 sentyabr 2021-ci il tarixdə, yeni dərs ilinin ilk günü rayonun Qızılağac kəndində inşa edilmiş 528 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışı olmuşdur.


Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il, 11 avqust 2020-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Masallı rayonunun Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbi üçün yeni bina köhnə məktəbin yaxınlığında inşa edilib. Üçmərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Məktəb binasına baxış tədbrində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, Təhsil Nazirinin müavini Muxtar Məmmədov, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin direktoru Şəhla Fətullayeva və başqaları iştirak ediblər. 

Yeni məktəb binasında 26 sinif otağı olmaqla laboratoriyalar, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və geniş idman zalları yerləşir.

Cari tədris ilində məktəbi 16 nəfər şagird bitirmişdi. Onlardan 8 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Hazırda məktəbdə təhsil alan 511 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Bu gün, yeni dərs ilində 44 uşaq birinci sinifə qədəm qoyur.
 Onu da xatırladaq ki, son günlər Masallıda da 2 obyekt – Yeddioymaq və Musaküçə kəndləində yeni tibb ocaqları istifadıyı verilmişdir.


Cenub.az. Sevda






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10