
Cənub.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bakı Avropa Liseyinin beş yaşlı uşaqlara saldığı imtahan sualları sosial mediada geniş müzakirələrə səbəb olub. Sualları təqdim edirik:
“Atan, anan ölsə, yetim qalsan necə yaşayarsan?”
“Atanın 2 ayağı olmasa, 4 əli olsa, necə istifadə etməlidir?”
“Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?”
Mövzu ilə bağlı Bakı Avropa Liseyinə sorğu göndərilib.