Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan ailələrində sonsuzluq böhranı: “Kişilərin impotensiyası...”


Uşaq səsi ailələrin bəzəyidir. Amma bəzən bu səsi eşitmək asan olmur. Cütlüklər nə qədər istəsələr, hər çarəyə baş vursalar da, körpə səsinə, körpə gülüşünə həsrət qalırlar. Bir çox hallarda qadınlar “günahlandırılsalar” da, kişilərdə də sonsuzluq hallarına çox rast gəlinir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva kişi sonsuzluğunun səbəbləri arasında ilk növbədə cinsi yolla keçən xəstəlikləri göstərib:

“Kişilərdə impotentlik məsələsi bu günə qədər dərindən təqdid olunmayıb, sadəcə araşdırmalarda həmin mövzuya da toxunulur. Araşdırmalarda kişi sonsuzluğuna gətirib çıxaran səbəblər qida yaxud ekoloji səbəblər deyil. Bu əsasən cinsi yolla keçən xəstəliklərlə bağlıdır. 

85 faiz hallarda kişilərin sonsuzluğuna gətirib çıxaran səbəblər cinsi yollarla keçən xəstəliklərdir. Cinsi yolla 22 adda mikrob, 5 adda virus ötürülür. Xlamidiya, trixomoniaz, qardnerella, kandida kimi mikroblar, herpes, ureaplazma, papillomavirus, sifilis kimi viruslar cinsi yolla keçə bilir. Bu mikrob və viruslar kişilərdə sonsuzluğa gətirib çıxarır. Bu viruslar impotensiyaya da səbəb olur”.

Onun sözlərinə görə, fiziki və əqli qüsurlu uşaqların doğulmasında da bu xəstəliklər böyük rol oynayı:

“Əlil, fiziki və ya əqli qüsurlu uşaqların doğulmasında da 65 faiz cinsi yolla keçən xəstəliklərin payına düşür. Digər hallarda isə buna düzgün qidalanmamaq, genetik problemlər və ekoloji problemlər səbəb olur. Kişi sonsuzluğu Azərbaycan üçün həyəcanlı məqamdır, çünki bu birbaşa genefonda təsir edir. Bu baxımdan hər zaman bizim diqqətimizdədir. 

Kişilərin impotensiyası ilə bağlı problemlər də cinsi yolla keçən viruslarla bağlıdır, çünki elm sübut edir ki, bəzi infeksiyalar və onların törədiciləri sonsuzluğa səbəb olmaqla yanaşı impotensiyaya da səbəb olur. 

Əlil uşaqların doğulmasında Azərbaycan üçün xarakterik olan hal cinsi yolla keçən infeksiyalardır. Digər ölkələrdə ekoloji, sosial faktorlar birinci yerdə olsa da, bizdə belə deyil. Bizim ölkədə çox vaxt ailə planlanması olmadan, öncədən infeksiyaların olub-olmaması yoxlanılmadan, necə gəldi hamilə qalırlar. Bu hallarda fiziki və əqli qüsurlu uşaqlar doğula bilir”.

Əsmətxanım





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10