
Maduro sammitdə çıxışı zamanı Avropa İttifaqına oxşar strukturun yaradılması ideyasına dəstək verib və bildirib ki, yeni təşkilatın mənzil-qərargahı Mexikoda yerləşə bilər. Lakin “Heraldo de Mexico” nəşri yazır ki, Maduro sammitdə özünü ərəb şeyxi kimi aparırdı.
“Onun barmağında iki üzük vardı: Azərbaycanda ona bağışlanmış zümrüd qaşlı üzük və ikincisi, sadəcə qızıldan olan”,-nəşr özünün “Banan respublikaları” adlı məqaləsində yazır.
Nikolas Maduro 2016-cı ilin oktyabrında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər etmişdi. Həmin sammitdə təşkilata sədrlik Azərbaycana keçib.
virtualaz.org