Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər


"Peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

Həkim deyir ki, əgər ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat olunmasaydı, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur.

Azərbaycanda həkim səhvi, qeyri-peşəkarlığı nəticəsində gənc oğlan ağır bəlaya düçar olub.

Medicina.az-ın yaydığı xəbərə görə Bakıda 17 yaşlı oğlan cinsiyyət orqanının qüsuru, sidiyə normal getəməmə və sidik kisəsindən tüklərin çıxması ilə cərraha müraciət edib. Hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib. Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir: cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi.

Xəstəni son dəfə müayinə edib, əməliyyata alan uzman cərrah Fuad Hüseynov Medicina.az-a bildirib ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib: "Əslində isə sünnət dərisinin arxa hissəsindən- selikli qişasından istifadə olunmalıydı. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün, biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci etap əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkim deyir ki, əgər ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat olunmasaydı, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur.

Valideynlərə demək istərdik ki, oğlan uşaqlarında belə problemlər olanda peşəkar və ixtisaslaşmış uşaq cərrahına müraciət etsinlər. Çünki ümumi cərrahlar əməliyyatlarla vəziyyəti daha da qəlizləşdirə bilərlər. Uşaq sidik və cinsiyyət üzvlərinin əməliyyat texnikası, vasitələri, hətta sapları belə fərqlidir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10