Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Brilliant Dadaşovadan ağır sözlər: "O, ana-bacısına şər atan şərəfsizdir"


Xalq artisti Brilliant Dadaşova axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılıb Bakıya gətirilməsi barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi bloqeri dələduz adlandırıb və onun ünvanına sərt sözlər deyib:

“Dələduz “siyasi sığınacaq”la qrant almaq üçün yaxından-uzağdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən küt başı çıxmayan qeybətçi şərəfsiz!

Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünki Azərbaycanda kiçikdən böyüyə hamını pis görmək yalnız düşmənə xoş gələ bilər!

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10