Cənub bölgəsində meşələr kütləvi şəkildə məhv edilir, “Qırmızı kitab"a daxil edilən ağaclar kəsilir, meşə fonduna aid torpaqlar iri maşınlarla daşınaraq satılır. Təkcə təbiətə deyil, dövlət büdcəsinə də küllü miqdarda zərər vurulur. Bu barədə virtualaz.org-a a ekoloq-fəal Cavid Qara məlumat verib. O, bildirib ki, meşələrin məhvinə dair foto və video görüntülər, şikayətlər var, faktlar aidiyyatı qurumlara da təqdim edilib.
Məsələn, belə faktlardan birinə əsasən Masallı Regional Meşə İdarəsi 2016-2019-cu illərdə əkilmiş 141 hektar “meşə əkini”ni batmış elan edib. C.Qaranın sözlərinə görə, həmin ərazidə ağac əkini üçün dövlət büdcəsindən vəsait ayrılmışdı.
Yüz minlərlə manat xərcləyib meşə saldılar, “batdı”...
“Ağaclara qulluqdan tutmuş suvarılmasına qədər büdcə pulları xərclənmişdi. Amma indi məlum olur ki, 141 hektar ərazi batmış elan edilib. Guya ki, ağaclar əkilib, ancaq bitməyib”,- ekoloq-fəal deyib.
Cavid Qara
C.Qara qeyd edib ki, faktlar bununla yekunlaşmır. 138 hektar ərazidə əkin batsa da saxtakarlığa yol verilib örtülü meşə adı ilə rəsmiləşdirilib: “Yüz minlərlə manat büdcə vəsaiti israf edilib. 2016-cı ildə 138 hektar ərazidə ağac əkilib. Göstərilir ki, əkin uğurlu olub, meşə ərazisinə təhvil verilib. Deyilən əraziyə gedib baxdıq, heç nə yoxdur, boşluqdur. 279 hektar ərazinin hər hektarına təxminən min manat hesablayaq, bəlli olur ki, dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər silinib”.
C.Qara qeyd edib ki, bu faktları Masallı Regional Meşə İdarəsinin öz əməkdaşı ortaya çıxarıb və ictimaiyyətləşdirib: “Kadastr mütəxəssisi Kərəm Ağayev bu faktları ictimaiyyətləşdirdiyi üçün işdən çıxarılıb və onun işdən çıxarılma ilə bağlı əmrini də vermirlər. Kərəm Ağayev deyir ki, onu saxta sənədləri imzalamağı tapşırıblar. O isə sənədləri imzalamaqdan qorxub. Bununla bağlı məlumat verəndən sonra işdən qovulub”.
Qiymətli ağac növləri məhv edilir, mebel-taxta sexləri işləyir
C.Qara iddia edir ki, son bir neçə il ərzində yüzlərlə ağac odun tədarükü adı ilə kəsilib. Yerli sakinlər tör-töküntü yığır, materiallar isə mebel, taxta sexlərinə verilir. Masallı rayonunun təkcə Xocavar kendində onlarla taxta sexi fəaliyyətdədir və onların materialları haradan əldə etdiyini araşdırmaqla deyilənləri sübut edə bilərlər.
"Qırmızı Kitab"a salınmış ağacları bax belə xaincəsinə məhv edirlər
Ekoloq-fəal Masallıda, eləcə də əksər rayonda meşələrdən torpaqların daşınaraq satıldığına dair əlində foto və video görüntülərin də olduğunu söyləyir. Onun sözlərinə görə, Masallıdan təqdim edilmiş videolarda meşə fondu torpaqlarının traktorlarla qazıldığı, maşınlarla daşındığı görünür. Meşələrdən götürülmüş torpaqlar əsasən Bakı bağlarına daşınır. Həmçinin rayonlarda kərpic sexlərinə aparılır.
Həmsöhbətimiz deyir ki, Cəlilabad rayonu, Cəlilabad meşəbəyində (8,9 saylı dolay) və Göytəpə meşəbəyində (10a saylı dolay) olublar. Həmin dolayların çox az hissəsinə baxış keçirdiklərinə baxmayaraq kəsilmiş və zədələnmiş çoxsaylı ağac aşkar ediblər. Ağacların kifayət qədər böyük hissəsi "Qırmızı kitab"a salınmış növlər - Azat, Dəmirağac, Şabalıdyarpaq Palıd ağaclarıdır. Ən çox kəsilən ağaclar Azat və Palıd ağaclarıdır.
“İri diametrli, "Qırmızı kitab" növü olan Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağacı da daxil olmaqla 225 qeyri-qanuni kəsilmiş ağac qeydə almışıq. Bəzi ağaclar isə qəsdən zədələnib və qurumağa tərk edilib. Gözləyirlər ki, qurusun və rahatlıqla kəsilsin”.
İddialara görə, ağaclar mebel sexlərinə satılır. Hansı ki, həmin ağacların yaşı 100 ilə yaxındır.
Astarada da 200-dək ağacı zədələyiblər
Astaranın Burzubənd kənd məktəbinin müəllimi Ramil Aslanov isə virtualaz.org-a bildirib ki, onun evi meşə ərazisinin yaxınlığında yerləşir. Deyir ki, meşədəki ağacları kəsib, yerində feyxoa bağı salmağa çalışırlar. Kənd sakinləri illərdir bunun qarşısını almaq üçün mübarizə aparırlar: “Lənkəran Regional Meşə İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə təzyiqlə üzləşmişik. 5 ildir ağaclar kənd sakinlərinin təkidi ilə kəsilməkdən qorunur. Ağacları deşirlər, dibinə mazut tökürlər, halqavari şəkildə kəsirlər ki, gələcəkdə qurusun. Əsasən “Qırmızı kitab"a daxil edilmiş şabalıdyarpaq palıd ağaclarıdır. 200-dən çox ağac zədələnib. Feyxoa bağları niyə məhz 250-dən çox ağacın olduğu ərazidə salınmalıdır? Bunu meşə fondunun əməkdaşları bizə izah edə bilmirlər. Kəndin boş əraziləri var, sovetlər dönəmində də feyxoa bağları boş ərazilərdə salınıb.
Meşəni məhv edirlər ki, feyxoa bağı salsınlar
İcra Hakimiyyətində nə deyirlər?
Cəlilabad rayon İcra Hakimiyyətindən deyiblər ki, ağacların kəsilməsi ilə bağlı şikayətlərə Masallı Regional Meşə İdarəsi cavab verə bilər: “Ərazi Cəlilabada aid olsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət edilir və şikayətlər də onlar tərəfindən araşdırılır”,-icra hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirib.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova isə deyib ki, ağacların kəsilməsi və meşə fondu torpaqlarının daşınaraq satılması ilə bağlı araşdırma aparılıb. Lakin araşdırmanın nəticələrini yalnız rəsmi müraciət və ya məktubla deyə bilər. Qafarova müraciətə neçə gün sonra cavab veriləcəyini deməyib.
Astaranın Burzubənd kəndinin daxil olduğu Kijebe qəsəbə nümayəndəsi Ziya Rəfiyev isə Burzubənd kəndində ağacların qurumasına səbəb ola biləcək hərəkətlərə yol verilməsi faktı ilə qarşılaşmadığını deyib. Onun sözlərinə görə, kənd sakinləri belə bir fakt aşkarlayıbsa, mətbuata deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir: “Şəxsən mənə müraciət daxil olmayıb, ağacların zədələnməsi ilə bağlı məlumatlı deyiləm”.
Nazirlikdə bəzi faktları təsdiq edirlər və deyirlər ki...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, son günlər Cəlilabad meşəbəyliyi ərazisində ağacların qırılması ilə bağlı məlumatlar, fısdıq ağacının işlik material kimi kəsilməsini əks etdirən görüntülər yayılıb. Daxil olmuş materiallarla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 4 nəfərdən ibarət yoxlama qrupu yaradılıb və əraziyə ezam edilib.
“İndi odun tədarükü vaxtıdır. Qazlaşdırılmamış ərazilərin, xidmət aparan Müdafiə Nazirliyinin, sərhəd qoşunlarının, ucqar ərazilərdə olan təhsil müəssisələrinin yanacaqla təhcizatı üçün odun tədarük olunur. Yoxlama qrupu tərəfindən ərazilər təhlil edilir və həmin ərazilərdə hansı ağaclar qanunsuz kəsilib araşdırılır. Hansı ərazidə damğalanmamış və qeydiyyata alınmamış ağacların kəsildiyi müəyyən edilir”, -xidmət rəisi deyib.
H.Əlizadənin sözlərinə görə, araşdırma zamanı diametri 16-dan 36-ya qədər olan müxtəlif cinsli 10 ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Digər ağacların üzərində damğa olması, onların müvafiq sənədlərdə qeydiyyata alınması və Meşələrin İnkişafı Xidməti tərəfindən ağacların götürülməsinə razılıq verilməsi təsdiqlənib. Ümumilikdə, Cəlilabadın da daxil olduğu Masallı Regional Meşə Mühafizə İdarəsinin ərazisində 42 qırma sahəsi müəyyən edilib, 1038 ədəd ağacın götürülməsi və 3058 kubmetr oduncağın tədarük edilməsi nəzərdə tutulub. Cəlilabad ərazisində böyük bir əraziyə baxış keçirilib, 225 ağac deyil, cəmi 10 ağacın kəsildiyi bəlli olub.
“İşlik material kimi kəsildiyi iddia edilən fısdıq ağacının odun üçün kəsildiyi müəyyən edilib. Ağacın oduncağa yararlı hissəsi götürülüb, işlik materiala yararlı hissəsi, hansı ki, növbəti mərhələdə satılacaq, həmin əraziyə qoyulub, kitablarda bunun qeydiyyatı aparılıb. Onların satış vaxtı və satış qiyməti fərqlidir, növbəti aylarda satışı nəzərdə tutulub, məbləğ meşə idarəsinin büdcəsinə mədaxil olunacaq”,-H.Əlizadə deyib. Əlavə edib ki, ictimaiyyət nümayəndələrini də araşdırmalara dəvət edirlər.
Tezliklə balta bu ağacı da haqlayacaq...
8 ağacın qabığı soyulub...
Xidmət rəisi Astara rayonunun Burzubənd kəndində ağacların quruması üçün mismarla deşilməsi və feyxoa bağının salınması ittihamını da cavablandırıb: “Meşə mütəxəssisləri əraziyə baxış keçiriblər. Yaxınlıqda cəmi 8 palıd ağacının qabığının soyulması və gələcəkdə qurumasına xidmət edəcək mənfi hala yol verilməsi faktı aşkarlanıb. Həmin şəxs meşə idarəsi tərəfindən müəyyən edilib, cərimələnib və onunla bağlı sənədlər hüquq-mühafizə orqanına təqdim olunub”.
H.Əlizadə deyib ki, hazırda Masallı ərazisində meşə əkinlərinin batması məsələsi tərəfimizdən araşdırılır.
Bu cinayəti necə izah etmək olar?
“İlkin araşdırmaya görə, bu ilin meşə əkinləri ilə bağlı cəmi 2 hektar ərazinin batması müəyyən edilib. Hazırda həmin ərazilər bərpa olunur, qurumuş ağaclar yeniləri ilə əvəzlənir. Amma əvvəlki illərdə meşə əkinlərinin batması ilə bağlı da araşdırmalar davam etdirilir. Çünki əkinlərin batması müxtəlif amillərdən - iqlim, suvarma və digər məsələlərdən asılı olaraq baş verdiyindən araşdırmalar vaxt tələb edir”, -H.Əlizadə bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə meşə əkinlərinin məhv olunması faktları acı reallıqdır. Bununla bağlı bir sıra meşə idarələrinin rəhbərləri cəzalandırılıb və bu hala yol verən müdirlər tutduğu vəzifədən azad edilib. Hazırda yoxlama qrupu tərəfindən sahələrə baxılır və ərazilər yoxlanılır.
Ü.Xudiyeva
virtualaz.org