
Musiqi ifalarından öncə Azərbaycanın müasir peşəkar musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti, o cümlədən böyük sənətkarın musiqi xəzinəmizə bəxş etdiyi sənət incilərindən bəhs olunub. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bəstəkarın doğum tarixinin ölkədə hər il milli musiqi günü kimi qeyd olunmasından söhbət açılıb.
Konsert proqramı Miriş Hüseynovun ifasında Üzeyir Hacıbəylinin "Sənsiz" romansının səsləndirilməsi ilə başlayıb. Sonra digər tanınmış incəsənət ustaları Atamoğlan Zahid, Şamo İbayev, Ruslan Zahidov və Aysel Nərimanova musiqi sənətimizin görkəmli simalarının sevilən əsərlərini ifa ediblər. Musiqi tədbiri onlayn media vasitəsilə canlı nümayiş olunub.