Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xristianlar yasda niyə içirlər? - “Şərab İsa peyğəmbərin qanıdır“


Dünyanın müxtəlif ölkələrində yas mərasimləri fərqli formatlarda keçirilir. Məsələn, Azərbaycanda yas mərasimlərində ehsan verilir, süfrədə halva, aş, dovğa və müxtəlif yeməklər olur. Xristian ölkələrində isə bunların tam əksinə süfrəyə ilk öncə araq və ya şərab gətirilir.

Xristian ölkələrində, məsələn, Rusiyada yas mərasimi zamanı niyə araq və ya şərab içirlər? Bu dinin tələbidir, yoxsa içmək üçün bəhanə axtarırlar?

 Alban-udi xristian icması sədri, Robert Mobili Yenisabah.az-a xristianların bu adəti haqqında danışıb. O, yas zamanı şərab içməyin qədim adət olduğunu bildirib:

“Yaslarda içki içməyin qədim tarixi var. Xristianlıqla bağlı olan bir məqamdır. Xristianlıqda şərab İsa Peyğəmbərin qanı hesab olunur. Bu səbəbdən Şərab içmək bir ənənədir. Xristianlar yas zamanı süfrəyə 3 dəfə şərab gətirirlər. Yahudilərdə isə süfrəyə 4 dəfə şərab gətirilir. Ata, oğul, müqəddəs ruhun şərəfinə içirlər. Hətta hər bazar günü kilsəyə gəlib günahları yuyan insanlar deyirlər ki, çörək mənim bədənimdir, şərab isə qanımdır. Bu xristian qanununa uyğun ənənədir”.

Robert Mobili indiki dövrdə isə müəyyən yeniliklərin olduğunu qeyd edib:

“Hazırda bu adət-ənənə ilə bağlı müəyyən yeniliklər var. Şərab araqla əvəzlənib. Lakin arağın tarixi ərəblərlə bağlıdır. Xristianlar əvvəllər heç bilməyiblər ki, araq nədir. Hətta xristianlıqda olan bəzi cərəyanlar içkini rədd ediblər. Oturub yasda butulka ilə araq içmək isə artıq fürsətdən istifadə etməkdir”.

Mehri Qurban 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10