Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bill Geyts "ağıllı şəhər" tikir - MİLYARDLAR XƏCRLƏYƏCƏK - VİDEO







Dünyanın ən zəngin adamlarından biri, "Microsoft"un yaradıcısı Bill Geyts Arizona ştatında Belmont adlı "ağıllı şəhər" tikəcək.

APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, o, bu məqsədlə Arizona ştatında dəyəri 80 milyon dollar olan 100 kvadrat kilometrlik torpaq sahəsi alıb.

İlkin bilgilərə əsasən, ərazidə 80 min ədəd ev, məktəblər, habelə sənaye, ofis, data mərkəzlər, avtomatlaşdırılmış nəqliyyat şəbəkələri yerləşəcək.

McKinsey (MakKinzi) şirkətinin açıqladığına görə, 2020-ci ilədək, dünyada 600 "ağıllı" şəhər salınacaq ki, layihənin ümumi investisiya dəyəri 400 milyard dollar təşkil edəcək.



[media=https://www.youtube.com/watch?time_continue=2&v=g84TB-aY6HM]





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10