Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var


Lənkəranda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

 Hadisə Nərimanabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan "VAZ 21099" markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin olan Liman şəhər sakini 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, ölən şəxs Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayevdir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10