Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallı meşələrində talanlar o qədər adiləşib ki, milyonların mənimsənilməsi heç kimi təəccübləndirmir


Adam düşünür ki, daha Masallı Regional Meşə Təsərrüfatı idarəsindən nələr yazılmalıdır ki, rayon rəhbərliyi, hüquq mühafizə orqanları burada talanlara “dur”desinlər?

-Yüz hektarlarla sahə talan edilir? Susurlar.

- Masallının Böyük, Binə Xocavar, Banbaşı və kəndlərin 100-dən artıq mebel dükanı fəaliyyət göstərir. Susurlar.

Burada haqqı deyənləri sorğu-sulsız, yalançı protokollarla işdən qovurlar. Susurlar,

Meşə ərazisində villalar, tövlələr, digər tikililər inşa edirlər. Susurlar.

Şikayətçilər Ekologiya nazirliyindən tutmuş haralara şikayət edirlərsə, az qala özlərini günahkar çıxardırlar. Susurlar.

Min hektarlarla meşə sahəsinin adı var, özü yox. Olmayan meşələr üçün gözətçi ştatları, benzin və sair məsrəflər üçün milyonlar silinir. Susurlar.

Bu işə əncam çəkməli olan heç utanmadan yüksək tribunalardan Ləyaqətdən, Vicdandan, Namusdan danışırlar. Susurlar.

Buradakı meşə talanlarında seriallar çəkmək olar, lakin kimsəninsə tükü tərpənmir.

Bu günlər bu mövzuda ölkə saytları bir sıra video paylaşımlar edib. Hətta İctimai Nəzarət Koalisiyasının çəkiliş qrupu gəlib bura çıxıb. Düzdür, bu təşkilatın fəaliyyəti ölkədə və rayonda çox da müsbət dəyərləndirilmir. Lakin təşkilat ortaya təkzib olunmaz faktlar qoyur.

Buyurun, cənablar, gücünüz varsa, ya təkzib edin, ya etiraf edin, ya da bir zərrə vətən eşqiniz, cəsarətiniz var, cəzalandırın.

Bu video bir neçə gün öncə paylaşılıb. Gözlədik ki, cavabdehlərdən kimsə təkzib edəcək. Lakin olmadı. Dedilər mütəşəkkil birziyankar dəstə, bir-birinə bağlı şəbəkədir. Özləri-özlərini həbs etməyəcək ki?

İctimai Nəzarət Koalisiyasının sosial şəbəkədə paylaşdığı videonun linkini təqdim edirik. Bu linkdən izləyə bilərsiniz.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10