Kolatanda şəhidlər üçün ucaldılmış, lakin şəhid olmuş abidə
Bu 2 abidəyə diqqət yetirin. Biri bu il inşa edilib, digəri isə 36 il öncə
Sonuncunu, 36 il öncə tikilən abidəni həmin vaxtlar Masallının “Mamay Kurqanı” adlandırırdılar. Həm yerləşdiyi relyefə, həm də kənddəki ən uca təpəlikdə yerləşdiyinə görə abidəyə bu ad verilmişdi.
Abidənin arxitekturası da çox orijinal idi. Həmin vaxtlar bu abidə vətənsevərlərin əsil ziyarət yeri idi. Məktəblər burada təntənəli tədbirlər keçirər, hətta keçmiş SSRİ-nin müxtəlif yerlərindən bura ziyarətə gələrdilər.
Zaman keçdikcə bu abidəni gözəlləşdirmək əvəzinə, ona hədsiz biganəlik göstərildi. Baxın, çox möhtəşəm, 100 pilləli həmin abidə indi nə gündədir? Ətrafı hasara alınıb, həyəti toyuq-cücə, mal-qara saxlanan məkana çevrilib. Əraziyə daxil olan anda, öncə it hürüşməsi, ördək, qaz səsləri ilə qarşılaşırsan.
Ən maraqlısı isə odur ki, az qala yarım hektar sahədə, həm də olduqca mənzərəli bir yüksəklikdə yerləşən qəhrəmanlıq abidəsini təmir etmək əvəzinə, guya kəndin mərkəzində, olduqca namünasib bir yerdə yeni abidə tikdilər.
Halbuki, kənd sakinlərinin gözü hələ də köhnə abidədir. Necə deyərlər, şəhidlər üçün ucaldılmış, lakin şəhid olmuş abidədə.
Bax, bu məqamda deyirlər ki, insafınız olsun, belə möhtəşəm abidəyə bu cür biganəlik olarmı?!
Kənd sakinləri bu abidəni hətta öz vəsaitləri hesabına təmir edib, abadlaşdırmağa da hazırdırlar. Təki, yuxarıdan bu işə təkan verən olsun.
Sakinlər bu kənddən olan Millət Vəkili Anar İsgəndərovun da , “Mən bu abidəni təmir etdircəyəm” vədinin nə vaxtsa reallaşacağına böyük ümid bəsləyirlər.
Onu da xatırladaq ki, hələ 2019-cu ildə Masallı Rayon Veteranlar Təşkilatının rəhbərliyi həmin abidəyə baxış keçirmiş, mövcud vəziyyətlə bağlı Masallı rayon İcra Hakimiyyətinə yazılı müraciət ünvanlamışdır.
Lakin nə o vaxtki, nə də hazırkı rəhbərlik bu sahədə əməli addımlar atmamışdır.
İndi isə yerli sakinlərin dediklərini dinləyək.
Verilişi bu linkdə izləyə bilərsiniz-