Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fransada dənizdə çimərkən 9 turist boğularaq ölüb


Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub

Fransanın Aralıq dənizi sahillərində anidən meydana gələn yüksək dalğalar 9 nəfərin ölümünə səbəb olub.

AYNA APA-ya istinadən xəbər verir ki, əvvəlcədən yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükəli dalğalar barədə xəbərdarlıq edib.

Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub.

Qeyd edək ki, hazırda Fransanın cənub və şərqindəki altı departament baş verən ciddi leysan və daşqınlarla əlaqədar "narıncı" təhlükə səviyyəsinə daxil edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10