Ermənistana və oradan da Qarabağa yük daşıyan İran “tır”larının sürücüləri müsahibə veriblər.
“Yeni Sabah” bildirir ki, Azadlıq Radiosunun erməni xidmətinə danışan sürücülərin demək olar ki hamısı Cənubi Azərbaycanlı olub və onlar Azərbaycan dilində danışıblar.
Təəssüf doğuran hal isə ondan ibarətdir ki, azərbaycanlı sürücülər Azərbaycanla bağlı erməni jurnalistə şikayətlərini bildirirlər.
“Biz gələndə azərbaycanlılar bizi dayandırdı və yüz dollar istədi. Dostlarımızın bir qismi o qədər pullarının olmadığını deyib getdilər. Azərbaycan polisləri bizi bu dəfə bağışladıqlarını, amma növbəti dəfə pul alacaqlarını dedilər.
Biz onsuz da Ermənistana girmək üçün beş min pul verdik, indi də Azərbaycan ərazisindən keçidiyimiz üçün pul verməliyik. Bizim o qədər pulumuz yoxdur.
Biz bu məhsulu Ermənistana gətiririk, azərbaycanlının bizə keç və ya keçmə deməyə haqqı yoxdur. Amma onlar indi bizə deyirlər ki, keçmək üçün 380 dollar ödəməliyik. Beş gündür burada dayanırıq. Nə çörək, nə su, nə də pul var”