Polis əxlaqsızlıq yuvasında araşdırma apararkən maraqlı "tapıntı" aşkarlanıb.
Cenub.az Milli.az-a istinadən xəbər verir ki, Kahramanmaraşda (Türkiyə) pilotsuz uçuş aparatlarının köməyi ilə əxlaqsız qadınlara qarşı keçirilən irimiqyaslı əməliyyatda 29 nəfər nəzarətə alınıb.
Haberler.com-un yaydığı məlumatda bildirilir ki, əməliyyatda 6 qadın nəzarətə alınıb. Polisin 4 aya yaxın davam edən planlı işləri nəticəsində baş tutan əməliyyat zamanı çoxsaylı cib telefonu, kompüter, qoruyucu vasitələr və s. məhsullar ələ keçirilib. Bir masaj salonunda aparılan axtarışlar zamanı isə müştərilərin borc dəftəri diqqət çəkib. Belə ki, borc kitabında müştərilərin 200-300 lirə borc yazdıqları bəlli olub.