
Cenub.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.
"Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq".