
T.Ağayev deyir ki, o, sevincək halda “Kapital Bank”a yollanıb, lakin araşdırma zamanı hesabında pul olmadığı məlum olub. O, növbəti dəfə həmin xanımla əlaqə saxlayıb və xanım cavabında onunla əlaqə saxlayacaqlarını desə də sonradan telefon zənglərinə cavab verməyib.
T.Ağayevə daha sonra “Paşa Sığorta”nın Şirvan şəhərində yerləşən filialından bir şəxs zəng vurub və bildirib ki, sığorta ödənişi az olduğu üçün guya T.Ağayev bundan imtina edib. Bu dəfə də T.Ağayevdən dəymiş ziyanla bağlı sənədlər tələb olunub. O, da deyildiyi kimi sənədləri sığorta əməkdaşına göndərib. Bir neçə gün sonra isə T.Ağayevin möbil telefonuna ona “Paşa Sığorta” tərəfindən 300 manat sığorta pulu təyin edilməsiylə bağlı mesaj gəlib. T.Ağayev məsələylə bağlı “Paşa Sığorta”yla əlaqə saxlamağa çalışsa da, cəhdləri baş tutmayıb və ona görə də üzünü redaksiyamıza tutub.
T.Ağayevin sözlərinə görə ona dəymiş ziyana görə 2060 (iki min altmış manat) ödənilib və onun bundan xəbəri olmadığı üçün pulu ortalıqda kimlərsə mənimsəyib və əvəzində ona 300 (üç yüz manat) sığorta pulu təyin edilib. Şikayətçi deyir ki, qəza nəticəsində onun idarə etdiyi “Kamaz” markalı avtomobilinə 2000 (iki min ) manata yaxın ziyan dəyib. O, bildirib ki, avtomobilini sığortalamaq üçün 200 manat pul ödəyib, amma necə olur ki, qəza baş verəndə hər birinin 400-500 manat qiyməti olan ehtiyat hissələri sıradan çıxanda ona 300 (üç yüz manat) sığorta pulu təyin edirlər. Vətəndaş bununla bağlı “Paşa Sığorta”nın rəhbərliyinə müraciət edərək kömək istədiyini deyib.
Vasif Əlihüseyn