Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Bələdiyyələr nə qədər qazanır?


6 ayda cəmi 150 min manata yaxın pul qazanan masallı bələdiyyələri həmin pulu 36-ya, sonra da 6-ya böləndə hər bələdiyyəyə nə düşür?

Bu günlərdə Masallı İcra hakimiyyətinə məxsus Masallı-ih.gov.az saytı rayon bələdiyələrinin 6 aylıq qazancları ilə bağlı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Masallı rayonunda 36 bələdiyyə mövcuddur. Bələdiyyələrin büdcənin gəlirləri 2021-ci ilin yanvar-iyun aylarında 149,7 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 73,1 faiz çox olmuşdur. Rayon statistika idarəsindən aldığımız məlumatda bildirilir ki, 2021-ci ilin yanvar-iyun aylarında bələdiyyə gəlirlərinin əsasını bələdiyyə əmlakının və torpağın özəlləşdirməsindən, icarəyə verilməsindən olan gəlirlər təşkil etmişdir. Gəlirlərin 55,6 faizi vergi olmayan gəlirlərdən ibarət olmuşdur. (Bələdiyələrin 6 aylıq qazancları aybay göstərilsə idi, daha maraqlı və əcaib mənzərə yaranardı)

Cenub.az-ın əməkdaşı bu rəqəmlərə ötəri nəzər salıb. 149.7 min manatı, təxminən 150 min manatı bölüb 36 bələdiyyəyə düşən paya. Bu edib təxminən hər bələdiyyəyə görə 6 ay üçün 4 min manat. Həmin 4 min manatı da bölüb 6 aya. Ortalama hər bələdiyyəyə 700 manata yaxın pul düşüb. Hər bələdiyyədə ən azı 2 nəfərin əmək haqqı aldığını təxmin etsək, bu 700 manatın da təxminən 100 manatın vergilərə, digər sosial ödəmələrə çıxsaq, bələdiyyə sədrinin və mühasibinin aylıq əmək haqq az qala minimum əmək haqqına bərabər olur.

Gülməli bir müqayisə aparsaq, adi meyvə, nə bilim qarpız satanın gündəlik, aylıq qazancı bələdiyyədən xeyli çox olur. Elə bələdiyyələr də var ki, onların heç qələm, kağız almağa pulu yoxdur.

Bələdiyyələr göz-görəsi ölür. Bələdiyyələrə elə vecsizləri “seçirlər” ki, sonra onların içində sədrliyə adam belə tapmaq olmur, bəzi kəndlərdə isə xahiş-minnətlə kimlərinsə adını sədr kimi sənədləşdirirlər.

Normal bələdiyyələrsiz isə indiki idaretmə olduqca anormaldır.

Məhz bu baxımdan Masallı icra hakimiyyətinin belə məlumatı yaymaqda məqsədi nədir, bilinmir.

Yəqin ki, heç kimin onları tənqid etmədiyini, yaxud izləmədiyini görüb, özləri özləri ilə məzələnir?

Xatırladaq ki, onların paylaşdığı 10 xəbərin ən azından 5-dən belə “məzə”düzəltmək olar.

Cenub.az. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10