Kişilər niyə həmişə özlərini haqlı tərəf hesab edirlər? Niyə qadınlar öz istəklərinə çatmaq üçün ağlayırlar? Niyə onlar bu qədər hər şeyə qarşı həssasdırlar?
Cins fərqi və bir-birini dərk etməmək səbəb olur ki, hətta bu müasir dövrdə belə, onlar münaqişə etsinlər. Elm sübut edir ki, niyə qadınlar kişilərə nisbətdə daha çox danışırlar. Çünki onlar hədəfləri olan mövzuya çatmaq üçün haşiyələrdən başlayırlar. Ətrafında olan insan haqqında hər şeyi bilmək istəyirlər. Kişilər isə təkamülün şərtlərinə görə ancaq müəyyən zamanda bir işlə məşğul ola bilirlər. Alış-verişə nifrət edirlər. Öz dostlarının xüsusi həyatı haqqında az məlumatları vardır.
Dəyərlər.org
Qadınlar yaradılışın ilk günündən həml edən və ana rolunu öynadığı üçün beyinləri məhz yetişdirmək və ətrafında olanları qorumaq sahəsində inkişaf etmişdir. Halbuki, kişilər daha fərqlidir. Onlar ovçu, qoruyucu və qida gətirən olduqları üçün beyinləri tamamilə başqa sahələr üçün inkişaf etmişdir. Bu, o deməkdir ki, kişi ilə qadının beyni tamamilə fərqli işlər üçün proqramlaşdırılmışdır. Onlar bir-birindən fərqlənirlər.
Cins fərqi və bir-birini dərk etməmək səbəb olur ki, hətta bu müasir dövrdə belə, onlar münaqişə etsinlər. Elm sübut edir ki, niyə qadınlar kişilərə nisbətdə daha çox danışırlar. Çünki onlar hədəfləri olan mövzuya çatmaq üçün haşiyələrdən başlayırlar. Ətrafında olan insan haqqında hər şeyi bilmək istəyirlər. Kişilər isə təkamülün şərtlərinə görə ancaq müəyyən zamanda bir işlə məşğul ola bilirlər. Alış-verişə nifrət edirlər. Öz dostlarının xüsusi həyatı haqqında az məlumatları vardır.
Aparılan tədqiqatlara görə bu, bir həqiqətdir ki, qadınlar kişilərdən daha çox rabitəyə əhəmiyyət verərlər. Ona görə də kişilər rabitə qurmaq üçün çox da mühüm səy göstərməzlər. Çünki bilirlər ki, qadınların bu sahədəki üslubları çox çətin və mürəkkəbdir. Həqiqətdə isə kişilər də qadınlar kimi sağlam, yaxşı və faydalı rabitələrin tərəfdarıdırlar. Ancaq sadəlövhcəsinə təsəvvür edirlər ki, bu rabitəni asan şəkildə qura biləcəklər. Qadının səhv düşüncəsi budur ki, əgər kişi məni sevirsə, gərək məni dərk etsin. Ancaq kişi bəzən bu işi bacarmır, buna qadir olmur. Biz bir-birimizə əks cins deyirik, ona görə ki, biz fərqliyik.
Qadınlar deyir ki, həyəcanlı kişiləri istəyirlər. Ancaq heç bir zaman onun həddən artıq həssas olmasına dözə bilmirlər. Qadın gələcək ailəsinə görə həmişə nigaran olar. Lakin kişi nigaran olmaz, ancaq evlənən zaman bu nigaranlığı meydana gələr. Ona görə də deyə bilərik ki, qadınla kişi fərqli aləmlərdir. Hər birimiz bu aləmin sirlərini kəşf etməliyik ki, sağlam ailəyə və həyata malik olaq.
Dəyərlər.org