Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı


"Bu səhər görürəm "monex card”dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir. 194-də zəng vururam. Oğurluq faktını qeyd etməkdən imtina edir bu firma. Deyir məxfi sözü deyin. Unutmuşam, kartın bütün rəqəmlərini deyirəm. Yox biz sistemə girə bilmirık. Oğurluğu ört-basır etmək istəyirlər”.

Bu fikirləri filologiya elmləri doktoru Rəhim Əliyev qeyd edib.

Şikayətçi R.Əliyev fikirlərinə daha sonra bunları əlavə edib:

"Mənim dollar hesabım yoxdur. Amma kartda göstərilir ki, 50-60 dəfə 1-4 dollar hesabı ilə pul siliblər. Bankın komissiyaları da göstərilir.

Mən bu kartda kommunaldan başqa heç bir əməliyyat aparmamışam. Ona görə əminəm ki, oğrular masterkard firmasında və Muğanbankda oturub ya da əvvəllər oturub! 15 ilə yaxındır ki, Azərbaycanda ən kriminal yer banklardır. Müsəlmanlar, özünüzü bunlardan qoruyun!

Üç il qabaq "hesab.az” firması öz proqramının formasında dəyişikliklər etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "hesab.az”-ın "Azərişıq”, "Azərsu”,”Azəriqaz”, Rabitə nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım. Səs çıxmadı.

Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur!”

Rəhim Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. R.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

Mənbə: Demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10