Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadlı mədəniyyət işçiləri rayondakı xristian məbədində - kilsədə abadlıq və təmizlik işləri aparıb


Sentyabrın 3-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin aparat işçiləri və Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrin əməkdaşlarının iştirakı ilə Cəlilabaddakı təmizlik aksiyası keçiriblər. Tarixi abidə ərazilərində təmizlik-abadlıq işlərinin görülməsi, həmçinin abidələrin ölkə mədəniyyəti üçün əhəmiyyətinə ictimaiyyətin diqqətinin cəlb edilməsi məqsədi daşıyan iməcilik tədbirləri bu dəfə rayonun Günəşli kəndindəki tarixi-dini abidənin ərazisində təşkil edilib.

Aksiya müddətində XIX əsrə aid olan kilsənin ərazisi və daxili kollardan, tullantılardan təmizlənib.

Qeyd edək ki, rus pravoslav dini icmasına mənsub olmuş bu tikili ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrinin siyahısına daxil edilib, tarixi abidə və ölkədəki dini tolerantlığın nümunəsi kimi mühafizə olunur. Əlavə edək ki, sözügedən dini abidə rayon ərazisində mövcud olan xristian məbədləri arasında həcm və memarlıq quruluşuna görə fərqlənir.
Masallı Regional Mədəniyyət İdarəsinin Mətbuat Xidməti





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10