Tofiq Fərəcov olduqca səmimi, böyük ürəyə malik, üzügülər, sanki həyatda heç kimə pislik etməyi bacarmayan, sənətinin vurğun, zəhmətkeş, olduqca sadə həyat keçirən birisi idi
Təkcə Masallını, yox, bölgədə tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.
T. Fərəcov 1952-ci ildə rayonun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Ərkivandakı Cəfər Cabbarlı adına orta məktəbdə alıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.
T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.
Tofiq Fərəcov olduqca səmimi, böyük ürəyə malik, üzəgülər, sanki həyatda heç kimə pislik etməyi bacarmayan, sənətinin vurğun, zəhmətkeş, olduqca sadə həyat keçirən birisi idi.
Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və regionun mədəniyyət işçiləri rəssamın vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Eləcə də cenub.az olaraq Tofiq Fərəcovun vəfatı ilə bağlı kədərimizi bildirir, onun ailəsinə başsağlığı veririk.
Allah rəhmət eləsin!