Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda ikimərtəbəli evdə, Beyləqanda restoranda yanğın olub


Masallı rayonunun Bambaşı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli (hər mərtəbəsi 120 m²) evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunda ümumi sahəsi 2000 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin ərazisində 50 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan tikilinin 1 otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10