Cenub.az-a bir neçə mənbədən daxil olan məlumata görə 3 sentyabr 2021-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində intihar hadisəsi baş verib. 1955-ci il təvəllüdülü, 2 uşaq atası Bağırov Mehman Musa oğlu yaşadığı həyətin tövləsində özünü kəndirlə asıb. Verilən məlumata görə, o, bir neçə dəfə, o cümlədən bir gün əvvəl, sentyabrın 2-də intihara cəhd edib, tövlədə özünü asmaq istəyib, lakin həyat yoldaşı bunu görüb və intihara mane olub.
Sentyabrın 3-də isə o, həyat yoldaşının evdə olmamasından istifadə edərək növbəti dəfə həyətlərindəki tövlədə intihar edib. Yerli sakinlərin dediyinə görə, o bir neçə ciddi xəstəliklərdən narahatçılıq keçirirmiş.
Sentyabrın 3-də isə o, həyat yoldaşının evdə olmamasından istifadə edərək növbəti dəfə həyətlərindəki tövlədə intihar edib. Yerli sakinlərin dediyinə görə, o bir neçə ciddi xəstəliklərdən narahatçılıq keçirirmiş.
Yuxarıda qeyd etdiyimiz məlumatları Masallı İHB-nin Kolatan İ.Ə.D-nin ərazi nümayəndəsi Siyavuş Ağayev təsdiq etmişdir.
Bağırov Mehman haqqında digər məlumatlar ondan ibarətdir ki, o, uzun müddət Rusiyada çalışıb (hətta hüquqi təhsil alması haqqında məlumatlar var), bir müddət 1980-1990-ci illərin arası ondan məlumat olmayıb. Nəhayət, 1990-cu illərin əvvəlində yenidən kəndə qayıdıb. Onun ünvanlı yardım məsələlərində bəzi şəxslərə vasitəçilik etdiyi bildirilir. Dünən Mehman Bağırov yaşadığı kənddə dəfn olunub.
Olayın səbəbləri hüquq mühafizə orqanların tərəfindən araşdırılır.
Faiq Hüseynzadə, cenub.az