Onu “Bolqarstanın Lenini” adlandırıblar. Elə vəfat edəndə də Lenin kimi nəşini balzamlaşdırıb xüsusi mavzoleydə saxlayıblar. Amma bolqarlar ruslardan fərqli olaraq kommunist liderlərinə qarşı sona qədər sədaqət nümayiş etdirməyiblər. 1990-cı ildə Bolqarıstanda sosialist rejimi süquta uğrayanda Georgi Dmitrovun nəşi mavzoleydən çıxarılaraq torpağa basdırılıb. “Narazılıq” yaranmasın deyə, bolqar rəsmiləri ictimaiyyətə belə məlumat veriblər ki, Dmitrovun torpağa basdırılması onun qohumlarının xahişi ilə həyata keçirilib...
Georgi Dmitrov 1882-ci ildə Bolqarıstanın Pernikski vilayətində anadan olub. İlk əmək fəaliyyətinə mətbəədə başlayan Dmitrov gənc yaşlarından siyasi proseslərdə fəal iştirak edib. 1902-ci ildə Bolqarıstan Fəhlə Sosial Demokrat Partiyasına üzv olub. 1919-cu ildə Bolqarıstanda Kommunist Partiyası yaradılanda partiyanın ən fəal üzvlərindən birinə çevrilib.
Bolqarıstan parlamentinin üzvü olan Georgi Dmitrov eyni zamanda “Komintern”in də (ayrı-ayrı ölkələrin Kommunist Partiyalarını birləşdirən beynəlxalq təşkilat, 1919-1943) fəaliyyətində xüsusi fəallıq göstərib.
1923-cü ilin sentyabr ayında Bolqarıstanda Aleksandr Tsankov hökumətinə qarşı üsyan qalxanda Georgi Dmitrov bu üsyanın əsas təşkilatçılarından biri olub. Hakimiyyəti ələ keçirmək cəhdi baş tutmayanda Dmitrov digər təşkilatçılarla birgə Bolqarıstandan Yuqoslaviyaya qaçıb, daha sonra isə SSRİ-də yaşayıb. Silahlı qiyamda ittiham olunan Geogi Dmitrova Bolqarıstan məhkəməsi ölüm cəzası kəsib.
Bir müddət SSRİ-də yaşadıqdan sonra 1923-cü ildə Georgi Dmitrov başqa ad altında Almaniyaya köçüb, bu ölkədə kommunist təbliğatı aparıb. 1933-cü ildə Reyxstağın yandırılması zamanı Gerogi Dmitrov şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Bir il davam edən istintaq dövründə Dmitrovun sözügüdən hadisədə iştirakı sübut olunmayıb və o, azadlığa buraxılıb.
Dmitrov 1934-cü ildə yenidən SSRİ-yə qayıdıb və rəsmi olaraq ona vətəndaşlıq verilib. Həmin ilin aprelində o, “Komintrrn”in katiblərindən biri seçilib.
1937-1945-ci illərdə Georgi Dmitrov SSRİ Ali Sovetinin deputaı seçilib. 1943-cü ildə Mərkəzi Komitənin beynəlxalq siyasət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
II dünya müharibəsindən sonra Bolqarıstanda sosialist rejimi yaradlanda, 1946-cı ildə Georgi Dmitrov Bolqarıstanın Nazirlər Sovetinin sədri vəzifəsinə sahib olub. 1948-ci ildə isə o, Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib.
Georgi Dmitrovun Bolqarıstanda hakimiyyəti illərində bu ölkəni SSRİ-nin 17-ci respublikası adlandırıblar. (həmin dövrdə SSRİ-də 16 müttəfiq respublika olub, sonralar Karel-Fin SSR ləğv edilib).
Bəlkə də tanınmış siyasətçilər arasında Gerogi Dmitrov kimi Stalinin ikinci bir güclü təbliğatçısı olmayıb. O, bütün rəsmi tədbirlərdə, qeyri-rəsmi görüşlərdə, qəzet məqalələrində Stalindən sitat gətirib, sovet liderinin siyasi faəliyyəti haqqında ətraflı söhbət açıb. “Stalin dünyada yeganə şəxsdir ki, o, dünyanın bütün ölkələrindəki zəhmətkeşlərin qayğıkeş atasıdır” ifaədsi də məhz Georgi Dmitrova məxsusdur.
1949-cu ildə Georgi Dmitrovun səhhətində problemlər yarananda o, kömək üçün birbaşa Stalinə müraciət edib. Stalin SSRİ-də dövrün ən tanınmış həkimləri sayılan akdemik Aleksandr Myasnikovu və professor İosif Epşteyni Bolqarıstana göndərib. Myasnikov sonralar öz xatirələrində Bolqarıstan səfəri haqqında aşağıdakıları bölüşüb:
“Biz Stalinin göstərişi ilə Bolqarıstana getdik. Mənim əvvəlcədən də Gerogi Dmitrovla şəxsi tanışlığım var idi. O, məndə həmişə xoş təəssürat yaradıb. Mehriban və gülərüz adam idi. Daha çox qafqazlılara oxşayrıdı. Müayinədən sonra məlum oldu ki, Dmitrovun səhhətində kifayət qədər ciddi problemlər var. Qaraciyər serrozu, şəkərli dibaet, ürək problemləri ciddi müalicə tələb edirdi. Belə qənaətə gəldik ki, müalicələri SSRİ-də aparaq. 1949-cu ilin aprel ayında o. Moskvaya gəldi. Həkimlər müalicəyə başladılar. Günlər geçdikcə onun səhhəti daha da ağırlaşırdı. Növbəti laborator müayinlərdən sonra məlum oldu ki, Dmitrov da həm də onkoloji problem var. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı...”
Bolqar liderin nəşi Moskvadan Sofiyaya aparılana qədər Bolqarıstan hökuməti Georgi Dmitrovun dəfn mərasimi ilə bağlı qərar qəbul edib. Rəsmilər Dmitrovun nəşini balzamlaşdıraraq xüsusi mavzoleydə saxlanılmasını qərarlaşdırıblar. Bu məsələdə onlar Lenin mavzoleyinin layihəsindən istifadə ediblər.
41 il ərzində milyonlarla insan Georgi Dmitrovun “görüşünə” gəlib. 1990-cı ildə isə onun nəşi yandırılaraq, külü Sofiya şəhərinin mərkəz qəbirstanlığında anasının qəbrinin yanında torpağa basdırılıb.
İlham Cəmiloğlu, Musavat.com