“Liderlər ölkəni qara bazar və cinayətkar dəstələrin respublikasına çeviriblər..."
"Yaxın həftələrdə oxşar aksiyalar aptek və çörək zavodlarının qarşısında da keçiriləcək..."
Bir qrup Livan vətəndaşı ölkədəki yanacaq böhranına etiraz olaraq cümə namazını Beyrutun cənubundakı bir yanacaqdoldurma məntəqəsində qılıblar.
Moderator.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərdə deyilir ki, imam-xətib Şeyx Əli Hüseynin başçılıq etdiyi müsəlmanlar bununla Livanda vətəndaşların həyat şəraitini çətinləşdirən iqtisadi və yanacaq böhranlarına diqqət çəkiblər.
Şeyx Hüseyn bildirib ki, Livanda hakimiyyəti bölüşən siyasi qüvvələr əhalini aclığa və yoxsulluğa aparır. Onun sözlərinə görə, liderlər "ölkəni qara bazar və cinayətkar dəstələrin respublikasına çeviriblər".
İmam-xətib qeyd edib ki, yaxın həftələrdə oxşar aksiyalar aptek və çörək zavodlarının qarşısında da keçiriləcək.
Sultan Laçın