Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda ata 9 yaşlı oğlunun başını kəsib intihar etdi


Lənkəranda ata və oğulun çayda meyiti tapılıb.

“cenub.az”ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov kəndlərində keçən Ulum çayının kənarında oğlu, 2012-ci il təvəllüdlü Vahid Məmmədovun başını kəsərək qətlə yetirib. Sonra isə öz şah damarını da kəsib və çaya düşüb.

Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl atanın özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10