Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupda cenub.az-a təkzib məktubu daxil olub. Təkzib məktubunda bildirilir ki, sosial şəbəkədə (Seyran Rafiyevə məxsus səhifədə) Lənkəran rayonunun Gəgiran kənd sakıni olan şəhid atası F.Mirzəyevə qarşı Masallı rayonu ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən zorakılıq edilməsi ilə bağlı paylaşılan iddianın heç bir əsası yoxdur.
Belə ki, Masallı rayon sakini E. Bağırov Masallı şəhəri ərazisində F.Mirzəyevə məxsus atomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün nəqliyyat vasitəsi saxlanılıb.
Sürücüyə inzibati xəta ilə bağlı protokol tərtib olunarkən F. Mirzəyev özü də avtombildə olub. Polis əməkdaşları ilə onun arasında heç bir mübahisə baş verməyib və inzibati protokol tərtib edildikdən sonra onlar yollarına davam ediblər. Nəqliyyat vasitəsinin saxlanılması və inzibati protkolun tərtib olunması anını əks etdirən videogörüntülər də var və zərurət yarandığı təqdirdə təqdim oluna bilər.
Bir daha qeyd edirik ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev
Redaksiyadan: Mövzuya daha da aydınlıq gətirmək üçün
Seyran Rafiyev paylaşdığı statusun da surətini təqdim edirik. (link əlavə olunur)