
Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Publika.az